DOI: https://doi.org/10.36719/2706-6185/34/105-109

Mədinə Abbaszadə

Bakı Dövlət Universiteti

magistrant

madinaabbaszada@gmail.com


AVROPA İTTİFAQI ÇƏRÇİVƏSİNDƏ ŞİRKƏTLƏRIN AQRESSİV VERGİ PLANLAMASI, MEXANİZMLƏRİ VƏ MÜBARİZƏ YOLLARI


Xülasə

 Şirkətlər vergidən yan keçmək və öz vergi öhdəliklərini azaltmaq məqsədilə aqressiv vergi planlaması həyata keçirirlər. Aqressiv vergi planlaması müxtəlif mexanizmlərdən istifadə olunmaqla həyata keçirilir. Məqalədə aqressiv vergi planlamasının əsas mexanizmləri hesab edilən borcun köçürülməsi, hibrid uyğunsuzluq, daimi nümayəndəlik statusundan süni şəkildə yayınma, vergi müqaviləsindən sui-istifadə, vergi qərarı kimi mexanizmlər qeyd olunmuş və həmin mexanizmlər barədə qısa izahlar verilmişdir.

Aqressiv vergi planlaması ilə mübarizə hazırda bir çox dünya ölkələrini, həmçinin də Avropa İttifaqını ciddi düşündürən məsələlərdəndir. Belə ki, şirkətlərin aqressiv vergi planlaması nəticəsində vergi öhdəliklərindən yan keçməsi dövlətlərin büdcə gəlirinin əsasını təşkil edən vəsaitdən məhrum olmasına gətirib çıxardır. Aqressiv vergi planlaması ilə mübarizədə Avropa Komissiyası tərəfindən qəbul olunmuş “Vergidən Yayınmaya Qarşı Direktiv” (ATAD), həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" (BEPS) layihəsi bu sahədə mühüm əhəmiyyətə malikdir. ATAD aqressiv vergi planlaması ilə mübarizədə faiz məhdudiyyəti, çıxış vergisi, sui-istifadəyə qarşı ümumi qaydalar (GAAR), nəzarət olunan xarici müəssisə və hibrid uyğunsuzluqla mübarizə qaydalarını müəyyən etmişdir. 

Açar sözlər: aqressiv vergi planlaması, aqressiv vergi planlamasının mexanizmləri, aqressiv vergi planlaması ilə mübarizə, ATAD, BEPS


Madina Abbaszade

   Baku State University

master student

madinaabbaszada@gmail.com


Aggressive tax planning of companies, their mechanisms and ways of fighting within the 

European Union


Abstract

Companies engage in aggressive tax planning to avoid tax and reduce their tax liability. Aggressive tax planning is carried out using various mechanisms. The article mentions such mechanisms as the main mechanisms of aggressive tax planning, such as debt shifting, hybrid mismatch, artificial avoidance of permanent establishment status, tax treaty abuse, tax ruling, and brief explanations of those mechanisms are given.

Combating aggressive tax planning is currently one of the issues that many countries of the world, as well as the European Union, are seriously thinking about. As a result of aggressive tax planning by companies, states are deprived of funds which is the basis of the budget income. In the fight against aggressive tax planning "Anti-Tax Avoidance Directive" (ATAD) adopted by the European Comission, as well as the "Base erosion and profit shifting" (BEPS) project of the Organization for Economic Co-operation and Development (OECD) have great importance in this field. ATAD sets rules to combat aggressive tax planning as interest limitation rule, exit tax, general anti-abuse rules (GAAR), controlled foreign entity and hybrid mismatch.

Keywords: aggressive tax planning, mechanisms of aggressive tax planning, combating aggressive tax planning, ATAD, BEPS

MƏQALƏNİ YÜKLƏ [621.32 Kb] (yüklənib: 7)

Baxış: 187
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az