DOI: https://doi.org/10.36719/2706-6185/34/68-75

Tural Quliyev 

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

turalquliyev2001@gmail.com


İQTİSADİ SİSTEMLƏRDƏ QEYRİ-MÜƏYYƏNLİK ANLAYIŞI VƏ ONUN QİYMƏTLƏNDİRİLMƏSİ


Xülasə

İqtisadi sabitlik ölkə iqtisadiyyatını müəyyən etmək üçün istifadə olunan inflyasiya dərəcəsi, faiz dərəcəsi, valyuta məzənnəsi, daxili və xarici ticarət balansları, iqtisadi artım, borclanma, resurs təchizatı və təklif xərcləri, işsizlik, adambaşına milli gəlir, istifadədə olan göstəricilər kimi müəyyən edilir. Qeyri-müəyyənlik istilahı isə baş vermə ehtimalı bilinməyən və ya hesablanması mümkün olmayan nəticələrlə bağlı vəziyyətləri təsvir edən bir anlayışdır. Bu mənada qeyri-müəyyənlik zərər və ya qazancla nəticələnəcək hərəkət və ya hərəkətsizliyin nəticələrinin ehtimallarının hesablana bilmədiyi vəziyyətlərə aiddir. İqtisadiyyatda demək olar ki, bütün iqtisadi hadisələrdə qeyri-müəyyənlik halları mövcuddur. İqtisadi orqanlar iqtisadi siyasət tədbirləri görərkən, gördüyü tədbirlərin iqtisadiyyata hansı nəticələr verəcəyinə əmin deyillər. Şirkət müəyyən bir investisiya layihəsində pulunu riskə atdıqda, edilən qiymətləndirməyə baxmayaraq, bu investisiyanın gələcək nəticələri ilə bağlı iqtisadi qeyri-müəyyənlik hiss edir.

Məqalədə iqtisadi sistemlərdə qeyri-müəyyənlik anlayışı və onun qiymətləndirilməsi barədə məlumat verilmişdir. İqtisadiyyatda qeyri-müəyyənlik bütün nəzəri inkişaflara baxmayaraq hələ də müzakirə olunan bir anlayış olaraq yerini qoruyur. Qeyri-müəyyənliyin bu qədər müzakirə olunmasının səbəbi mücərrəd iqtisadi düşüncədə qeyri-müəyyənlik anlayışının malik olduğu semantik meyarların konseptuallaşdırılmaması deyil, qeyri-müəyyənlik anlayışı ilə bağlı konsensusun əldə olunmamasıdır. Qeyri-müəyyənliklə bağlı konsensusun olmaması bu anlayışla bağlı müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olmuşdur.

Açar sözlər: qeyri-müəyyənlik, risklərin idarə edilməsi, maliyyə bazarı, dəyişkənliyin artması, nizamsızlıq, iqtisadi qərarlar 


Tural Guliyev

Azerbaijan State University  of Economics 

master student

turalguliyev2001@gmail.com


Concept of uncertainty in economic systems and its evaluation


Abstract

Economic stability is defined as the inflation rate, interest rate, exchange rate, domestic and foreign trade balances, economic growth, borrowing, resource supply and supply costs, unemployment, per capita national income, and indicators used to determine the country's economy. The term uncertainty is a concept that describes situations with outcomes that are not known or cannot be calculated. In this sense, uncertainty refers to situations where the probabilities of action or inaction resulting in loss or gain cannot be calculated. In the economy, there are cases of uncertainty in almost all economic events. When economic authorities take economic policy measures, they are not sure what results the measures they take will have on the economy. When a company puts its money at risk in a certain investment project, it feels economic uncertainty about the future results of this investment, despite the valuation made. 

The article provides information on the concept of uncertainty in economic systems and its assessment. Uncertainty in economics is still a debated concept despite all the theoretical developments. The reason that uncertainty is discussed so much is not the lack of conceptualization of the semantic criteria of the concept of uncertainty in abstract economic thought, but the lack of consensus on the concept of uncertainty. The lack of consensus on uncertainty has led to the emergence of different approaches to this concept.

Keywords: uncertainty, risk management, financial market, increased volatility, irregularity, economic decisions

MƏQALƏNİ YÜKLƏ [666.33 Kb] (yüklənib: 5)

Baxış: 174
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az