DOI: https://doi.org/10.36719/2706-6185/34/6-11

Günay Məmmədova 

Naxçıvan Dövlət Universiteti

sənətşünaslıq üzrə fəlsəfə doktoru

gunaymammadova6565@gmail.com 

ORCID: 0000-0002-6072-7135


TÜRKİYƏNİN İĞDIR VƏ QARS BÖLGƏLƏRİNİN FOLKLORUNDA 

UNUDULMUŞ MÖVSÜM MƏRASİMLƏRİ


Xülasə

Məqalədə Türkiyənin İğdır və Qars bölgələrində qədim zamanlarda keçirilən mövsüm mərasimlərindən bəhs edilir. Tədqiqatın əsas məqsədi araşdırmaya cəlb edilən mərasimlərin səciyyəvi xüsusiyyətlərini və müasir dövrümüzdə icra edilməsi və ya unudulmasını ortaya çıxarmaqdır. Tədqiqata məhz bu bölgələrin cəlb edilməsinin əsas səbəbi bölgənin folklorik xüsusiyyətləri baxımından zəngin olması və müasir dövrdə də müəyyən mənada bu xüsusiyyətlərin qorunub saxlanılmasıdır. Araşdırma zamanı məlumat toplama vasitəsi kimi müvafiq mənbələrdən, internet reasusrlarından məlumatlar əldə olunmuş, eyni zamanda müsahibə metodundan istifadə edilmişdir. İnformatorlardan əldə edilən məlumatlar elmi ədəbiyyatlarda yazılanlara daha yaxşı işıq tutmaq üçün önəmli vasitə olmuşdur. Tədqiqatda əsas problem olaraq İğdır və Qarsda icra edilən mövsüm mərasimləri və bu mərasimlərdə ifa olunan nəğmələrin əsas xüsusiyyətləri nəzərdən keçirilir. 

Qədimdə icra edilən mərasimlərdən “Kepşegelin”, “Üzərliksalma”, “Dodu”, “Musalla”, “Hıdır Ellez” kimi mövsüm mərasimləri Azərbaycan türklərinin yaşam tərzində önəmli yeri olan ayinlər olmuşdur. 

İğdır-Qars bölgəsinin folklorunun, xüsusən məişət və mərasim ayinlərində istifadə edilən ayrı-ayrı janrların dil, forma, ifa üslubları onların musiqi ilə sıx bağlı olmasını üzə çıxarır. Ona görə də bu bölgələrin, ümumiyyətlə götürüldükdə Türkiyənin Şərq bölgəsinin zəngin və rəngarəng ənənəvi mədəniyyətinin araşdırılıb üzə çıxarılmasında folklorun öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Açar sözlər: folklor, İğdır, Qars, Dodu, Kepçegelin 


Gunay Mammadova
 
Nakhchivan State University

Doctor of Philosophy in Art Studies 

gunaymammadova6565@gmail.com 

ORCID: 0000-0002-6072-7135


Forgotten seasonal ceremonies in the folklore of Igdir and Kars regions of Turkey


Abstract

In the article, seasonal ceremonies performed in ancient times in the Igdir and Kars regions of Turkey are described. The main purpose of the research is to reveal the characteristic features of the ceremonies subject to the research, whether they are performed or forgotten in our modern age. The main reason for including these regions in the research is that the region is rich in folklore characteristics and these characteristics are preserved in a certain sense in the modern period. During the research, information was obtained from relevant sources and internet sources as a data collection tool, and an interview method was also used. The information obtained from the informants has been an important tool in shedding better light on what is written in the scientific literature. Seasonal ceremonies performed in Iğdır and Kars and the basic characteristics of the songs performed in these ceremonies are considered the main problems of the research.

Seasonal ceremonies such as “Kepchegelin”, “Uzerliksalma”, “Dodu”, “Musalla”, and “Hidir Ellez” were held in ancient times and have an important place in the lifestyle of Azerbaijani Turks.

The language, form, and performance styles of the folklore of the Igdir-Kars region, especially the individual genres used in home and ceremonial rituals, reveal their close connection with music. Therefore, folklore studies have special importance in researching and revealing the rich and colorful traditional culture of these regions, especially the Eastern Region of Turkey.

Keywords: folklore, Igdir, Kars, Dodu, Kepchegelin

MƏQALƏNİ YÜKLƏ [638.12 Kb] (yüklənib: 15)

Baxış: 233
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az