Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/98/117-123

Flora Tağıyeva

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru 

flora-tagiyeva@mail.ru

Xatirə Cəfərova

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru

khatira.cafarova@mail.ru

Dəstə Qasımova 

Azərbaycan Tibb Universiteti

qasimovadasta@gmail.com

Pəri İsaqova

Azərbaycan Tibb Universiteti

isagovap@mail.ru

Şəlalə Əliyeva

Azərbaycan Tibb Universiteti

shalalaseyidova@gmail.com


TORCH – İNFEKSİYALARIN KLİNİK-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ 


Xülasə

TORCH-infeksiyalara aiddir: T – toksoplazmoz (Toxoplasmosis); O – other və digər infeksiyalar; mikoplazmoz, xlamidioz, ureaplazmoz, B və C hepatitləri, listerioz, sifilis və s.; R – məxmərək (Rubella); C – sitomeqalovirus infeksiyası (Cytomegalovirus); H – herpes infeksiyası (Herpes simplex). Ana infeksiya mənbəyi hesab edilir. Yoluxma yolu – vertikal – transplasentar (hematogen) yol - anadan dölə cift vasitəsilə yoluxur. Çox vaxt viruslu infeksiyalar bətndaxili ötürülür. 

Bu qrupa bir neçə infeksiyalar aid olmasına baxmayaraq, onların yoluxma yolları çox müxtəlifdir.  Təmas və hava-damcı yolu, qidanın istifadəsi zamanı, qan və ya qeyri-steril tibb alətləri vasitəsilə, eləcə də cinsi yolla yoluxmaq olar. Xəstə insandan və ya törədicigəzdirən heyvandan (məsələn, toksoplazmozla) yoluxmaq olar.

TORCH-infeksiyalar ilə ilk aylarda yoluxma daha təhlükəli ağırlaşmalarla nəticələnir - dölün bütün orqan və sistemlərinə, xüsusilə də onun mərkəzi sinir sisteminə dağıdıcı təsir göstərir və uşağın MSS-nin nevroloji zədələnməsi riski artır. Döl üçün bu  infeksiyalar  yüksək təhlükə təşkil edir: məxmərək, toksoplazmoz və sitomeqalovirus, herpes. Ona görə TORCH-infeksiyalara görə müayinəni hamiləliyin baş verməsinə qədər - planlaşdırma mərhələsində və ya hamiləliyin mümkündürsə, daha erkən vaxtlarında  aparmaq məqsədəuyğundur. Bətndaxili infeksiyaların profilaktikası qravidarönü hazırlığın (cütlüklərin hamiləliyə hazırlaşması dövrü) aparılmasından ibarətdir.

Açar sözlər: bətndaxili infeksiya (BDİ), hamiləlik, perinatal ölüm, TORCH-infeksiyalar


Flora Taghiyeva 

Azerbaijan Medical University

PhD in medicine

flora-tagiyeva@mail.ru


Khatira Jafarova 

Azerbaijan Medical University

PhD in medicine 

khatira.cafarova@mail.ru

Dasta Gasimova 

Azerbaijan Medical University

qasimovadasta@gmail.com

Peri Isagova 

Azerbaijan Medical University

isagovap@mail.ru

Shalala Aliyeva 

Azerbaijan Medical University

shalalaseyidova@gmail.com

    

Clinical and epidemiological features of TORCH – infections


Abstract

TORCH refers to infections: T – toxoplasmosis (Toxoplasmosis); O- other and other infections; mycoplasmosis, chlamydiosis, ureaplasmosis, hepatitis B and C, listeriosis, syphilis, etc.; R – rubella (Rubella); C – cytomegalovirus infection (Cytomegalovirus); H – herpes infection (Herpes simplex). The mother is considered the source of infection. The yolk sac – vertical – transplacental (hematogen) sac - passes from the mother through the placental cord. Viral infections are often transmitted internally. 

Although several infections belong to this group, their ways of infection are very different. They can be transmitted by sexual contact, during the use of food, through blood or non-sterile medical instruments, or through sexual contact. They are infected with the disease from a person or from an infected dog (for example, with toxoplasmosis).

Infection with TORCH-infections in the first months results in more dangerous complications - the baby has a widespread effect on all organs and systems, especially its central nervous system (CNS), and the risk of neurological damage of the child's CNS increases. These infections pose a high risk for widows: measles, toxoplasmosis and cytomegalovirus, herpes. Therefore, it is advisable to carry out examination for TORCH-infections before pregnancy - at the planning stage or, if possible, earlier in pregnancy. Prevention of intrauterine infections consists of gravidarum preparation.

Keywords: intrauterine infection (ITI), pregnancy, perinatal syphilis, TORCH-infections



MƏQALƏNİ YÜKLƏ [443.53 Kb] (yüklənib: 43)


Baxış: 312
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az