Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/98/76-81

Mirisrail Ağazadə 

Azərbaycan Texniki Universiteti

magistrant

agazademirisrail@gmail.com


ELMİ TEXNİKİ TƏRƏQQİNİN YARATDIĞI YENİ ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ VƏ ONLARIN MALİYYƏLƏŞDİRİLMƏSİ


Xülasə

Enerji maddi sivilizasiyanın mənbəyidir desək, yalan olmaz. Bütün mövcud olan varlıqların mövcudluğunu şərtləndirən ən əsas amillərdən biri də məhz enerjidir. Enerji müxtəlif formalarda ola bilər ki, bunun da biri elektrik enerjisidir. lternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühiti çirklənməkdən(torpaqsuhava) qorumaq üçün Alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələr (ABŞKanadaBöyük BritaniyaAlmaniyaRusiya və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neftqaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında İES və SES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə İES-ı yerləşdikləri ərazilərin torpaqlarını, (sularını) atmosferini daha çox çirkləndirir. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Bu sahədə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.

Açar sözlər: yaşıl dünya naminə, milli prioritetlər, dövlət, proqram


Mirisrail Aghazadeh

Azerbaijan Technical University

master student

agazademirisrail@gmail.com


New alternative energy sources created by scientific technical 

progress and their financing


Abstract

If we say that energy is the source of material civilization, it is not a lie. Energy is one of the most important factors that determine the existence of all existing beings. Energy can take many forms, one of which is electricity. Energy can take many forms, one of which is electricity. Alternative energy is a general name for types of energy used to prevent pollution of nature. Alternative energy is a promising field that focuses more on the future. In order to protect the environment from pollution (soil, water, air), it is appropriate to use alternative energy sources. Developed countries (USA, Canada, Great Britain, Germany, Russia, etc.) are trying to protect the environment from pollution by expanding the use of alternative energy sources. In recent years, using the experience of foreign countries, Azerbaijan, as an independent state, has been calling for both saving precious fuel (oil, gas) and environmental protection by expanding the use of alternative energy sources. The use of IES and SES in the production of electricity has both positive and negative aspects for the environment. Of these stations, especially IES pollutes the soil, (water) and atmosphere of the areas where they are located more. Azerbaijan is one of the countries with high potential for renewable energy sources. Thus, the technical potential of renewable energy sources of our country is 135 GW on land and 157 GW on sea. Despite being rich in energy resources and known as an exporter of energy resources in the world, the use of renewable energy sources has always been in the center of attention in the Republic of Azerbaijan. One of the main goals of the energy security policy implemented under the leadership of the President of the Republic of Azerbaijan Mr. Ilham Aliyev is to strengthen the use of renewable energy sources in our country.

As a continuation of the work done in this field, the State Agency for Renewable Energy Sources under the Ministry of Energy of the Republic of Azerbaijan was established by the Decree of the President of the Republic of Azerbaijan dated September 22, 2020, No. 1159, and the Statute of the Agency was approved.

Keywords: for the green world, national priorities, state, program



MƏQALƏNİ YÜKLƏ [407.97 Kb] (yüklənib: 32)


Baxış: 276
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az