Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/97/92-96

Zəminə Rəsulova

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi

Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu

zaminarasulova834@gmail.com


ŞƏKİ “YUXARI BAŞ” MİLLİ TARİX MEMARLIQ QORUĞUNUN İLK ADDIMLARI


Xülasə

Şəki öz tarixi, mədəniyyəti, memarlıq abidələri, sənətkarlığı və mətbəxi ilə hər zaman diqqət çəkən bir məkan olmuşdur. XVIII əsrdə Şəki xanlığının paytaxtı olmuş şəhərin tarixi hissəsində 1967 ci ilin noyabrında Tarix Memarlıq Qoruğu yaradılmışdır. 300 hektara yaxın ərazisi olan qoruğun mərkəzi hissəsi və Şəki Xan sarayı  07 iyun 2019 cu ildə UNESCO nun Bakıda keçirilən 43 cü sessiyasında “Dünya Mədəni İrsi” Siyahısına daxil edilmişdir. Hazırda “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində qeydiyyata götürülmüş  83 tarix memarlıq abidəsi dövlət tərəfindən qorunur. Bu abidələrdən XVIII əsrdə inşa olunmuş Şəki Xan sarayı dünya əhəmiyyətli abidə olmaqla yanaşı Azərbaycan memarlığının incisi hesab olunur. Şəki xan sarayı ilə eyni dövrdə inşa olunmuş Şəkixanovların evi və Xan məscidi xanlıq dövrü Şəkisinin ən gözəl nümunələri olaraq mühafizə olunurlar. Şəkinin tarixi memarlıq abidələrindən danışarkən karvansaraların adını çəkməmək olmaz. Aşağı Karvansara Qafqazın ən böyük karvansarası, Yuxarı Karvansara isə Qafqazda ən böyük gümbəzə sahib karvansara hesab olunur. Sadalananlardan başqa Şəkidə onlarla məscid, hamam, körpü, tacir və bəy mülkləri, ipək fabrikləri və daha bir çox memarlıq nümunələri Şəkinin açıq səma altında muzey-qoruq olmasına səbəb olmuşdur.

Bu məqalədə Şəki muzey-qoruğunun ilk yarandığı illərdə görülən işlər az da olsa araşdırılıb və qoruğun keçmişinə nəzər salınıb.

Açar sözlər: Şəki, muzey, qoruq, yuxarı baş, memarlıq


Zamina Rasulova

State Tourism Agency of the Republic of Azerbaijan

Sheki “Yukhari Bash” National Historical and Architectural Reserve 

zaminarasulova834@gmail.com


The first steps of the Sheki “Yukhari Bash” National Historical Architectural Reserve


Abstract

Sheki has always been an attractive place with its history, culture, architectural monuments, crafts and cuisine. In November 1967, a Historical Architectural Reserve was established in the historical part of the city, which was the capital of the Sheki Khanate in the 18th century. The central part of the reserve with an area of about 300 hectares and the Sheki Khan palace were included in the "World Cultural Heritage" list at the 43rd session of UNESCO held in Baku on June 7, 2019. At present, 83 registered historical architectural monuments are protected by the government in the territory of "Yukhari Bash" National Historical Architectural Reserve. Among these monuments, the Sheki Khan Palace, built in the 18th century, is considered a pearl of Azerbaijani architecture, in addition to being a world-important monument. The house of the Shakikhanovs, built in the same period as the Sheki Khan palace, and the Khan Mosque are preserved as the most beautiful examples of Shaki Khanate period. When talking about the historical architectural monuments of Sheki, it is impossible not to mention the caravansеrаis. The Lower Caravanserai is the largest caravanserai of the Caucasus, and the Upper Caravanserai is considered the caravanserai with the largest dome in the Caucasus. Apart from the listed ones, there are dozens of mosques, baths, bridges, merchants' and gentlemen's estates, silk factories and many other architectural examples in Sheki, which made Sheki a museum-reserve under the open sky.

In this article, the works done in the early years of the Sheki museum-reserve were investigated and the past of the reserve was reviewed.

Keywords: Sheki, preserve, museum, yukhari bash, architecture



MƏQALƏNİ YÜKLƏ [473.56 Kb] (yüklənib: 19)


Baxış: 269
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az