Diana Ağabəyova
Bakı Dövlət Universiteti
magistrant
dianaghabayova@gmail.com
QOBUSTAN-ABŞERON REGİONUNUN HİDROLOJİ ŞƏRAİTİNİN
SƏHRALAŞMANIN İNTENSİVLƏŞMƏSİNƏ TƏSİRİ
Xülasə
Səhralaşma qlobal miqyaslı bir problemdir. Torpaq və bitki örtüyünün deqradasiyası, məhsuldarlığının kəskin azalması, həyat şəraitinin pisləşməsi kimi mənfi təsirlərlə nəticələnir. Quru iqlim şəraiti (yüksək temperatur və günəş radiasiyası), həmçinin ərazinin hidroloji cəhətdən zəif təmin olunması və buxarlanmanın çox olması, arid iqlim şəraitini formalaşdırır. Arid iqlim şəraitində səhralaşma prosesinin öyrənilməsi və buna qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması böyük əhəmiyyətə malikdir. Qobustan-Abşeron regionu Azərbaycanın şərqində yerləşməklə, Böyük Qafqazın cənub şərq qurtaracağını təşkil edir. Respublikanın ən quraq ərazilərindən olub, əsasən yarımsəhra və quru-çöl landşaftları üstünlük təşkil edir. Ərazidə səhralaşma prosesinin intensivləşməsinə həm təbii, əsasən isə antropogen amillər təsir göstərir. Regionun hidroloji rejiminin təhlil edilməsi və buna qarşı görüləcək mübarizə tədbirlərinin işlənməsi səhralaşma prosesinin intensivləşməsinin qarşısını almaq üçün böyük əhəmiyyət kəsb edir.
Açar sözlər: səhralaşma, hidroqrafiya, Qobustan, Abşeron, yeraltı sular
Diana Aghabeyova
Baku State University
master student
dianaghabayova@gmail.com
The influence of hydrological conditions of the Gobustan-Absheron region on the intensification of desertification
Abstract
Desertification is a global problem that leads to negative consequences such as soil and vegetation degradation, significant reduction in productivity, and deterioration of living conditions. Dry climate conditions (high temperature and solar radiation), as well as weak hydrology and high levels of soil erosion, create arid climate conditions. Studying the process of desertification in arid climates and developing measures to combat it are of great importance. Located in the eastern part of Azerbaijan, the Qobustan-Absheron region forms the southeast border of the Greater Caucasus. It is one of the driest areas of the country and is dominated by semi-desert and arid landscapes. Both natural and anthropogenic factors contribute to the intensification of desertification processes in the region. Analyzing the region's hydrological regime and implementing measures to combat desertification are crucial to prevent further intensification. The study of groundwater is one of the key aspects in combating desertification in the Qobustan-Absheron region.
Keywords: desertification, hydrology, Qobustan, Absheron, groundwater