DOI: https://doi.org/10.36719/2789-6919/21/40-47

Səlcuq Yusifli

Bakı Dövlət Universiteti

magistrant

yselcuq@gmail.com


KOMMERSİYA SİRRİNİN REJİMİNİN POZULMASI ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERİCİLİYİNDƏKİ BOŞLUQLAR


Xülasə

Hər keçən gün daha da elektronlaşan bir dövrdə kommersiya sirri sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi əhəmiyyətə malikdir. Lakin buna baxmayaraq kommersiya sirri üzrə Azərbaycan Respublikasının qanunvericiliyində bir sıra boşluqlar mövcuddur. Bu boşluqlara kommersiya sirrindən qeyri-qanuni istifadə anlayışının, habelə dəymiş zərərin müəyyən edilməsi üçün konkret faktorların mövcud olmaması daxildir.

Girişdə qeyd edilən boşluqların aktuallığı və onların aradan qaldırılmasında xarici təcrübənin rolundan bəhs edilir. Hazırkı məqalənin ikinci hissəsi kommersiya sirrinin rejiminin pozulması ilə nəticələnən hərəkətlərin tam dairəsini müəyyənləşdirir. Üçüncü hissə isə belə hərəkətlər nəticəsində dəymiş ziyanın aradan qaldırılması üsullarını və kommersiya sirri üzrə qanunvericiliyin pozulması nəticəsində yarana biləcək hüquqi məsuliyyət tədbirlərini nəzərdən keçirir. Nəticə hissəsində isə qanunvericilikdəki bu boşluqların aradan qaldırılması məqsədilə istifadə oluna biləcək təklifləri ümumiləşdirir və nəzərdən keçiririk.

Açar sözlərKommersiya sirri, pozulma, istifadə, zərər, royalti


Seljuk Yusifli

Baku State University

master student

yselcuq@gmail.com


Gaps in the legislation of the republic of Azerbaijan regarding violation of 

trade secret regime


Abstract

In the modern digital age that is becoming more and more electronic with each passing day, trade secrets hold significant importance for businesses. However, despite their value, the legislation of the Republic of Azerbaijan concerning trade secrets has several gaps. These gaps include the absence of a definition for the illegal use of trade secrets and the lack of specific criteria for determining damages.

The introduction reviews the relevance of the topic and the importance of foreign legal acts in rectifying discussed gaps. The second part of this article outlines the various actions that constitute a misappropriation of the trade secret regime. The third part explores the remedies available to address the damages resulting from such actions and the legal measures of liability that may arise from the breach of trade secret legislation. In the conclusion, we summarize and discuss proposals to rectify these legislation gaps. 

KeywordsTrade secret, misappropriation, use, damage, royalty


MƏQALƏNİ YÜKLƏ [328.28 Kb] (yüklənib: 33)


Baxış: 315
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az