Lalə Cəfərova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
magistrant
QEYRİ-MADDİ MƏDƏNİ İRSİN QORUNMASI VƏ TƏBLİĞİ
PRİORİTET MƏSƏLƏDİR
Xülasə
Hər bir xalqın milli mədəni irsi xalqa öz kimliyini göstərən, onun nəyə qadir olduğunu xatırladan, Vətən sevgisi və ona sadiqlik hisslərini aşılayan tarixi yaddaşıdır. Ölkəmizdə yaşı əsrlər, hətta minilliklərlə ölçülən müxtəlif qeyri-maddi mədəni irs nümunələri mövcuddur. Bu gün Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrindən olan muğam, aşıq sənəti, xalça sənəti, kamança və tar kimi musiqi alətləri, “Kitabi-Dədə Qorduq” dastanı, Novruz bayramı, Lahıcın misgərlik sənəti, miniatür sənəti, “Yallı” milli musiqi rəqsi, kəlağayı, çövkən xalq oyunu, lavaş, dolma, nar bayramı kimi milli-mənəvi dəyərlərimizin mühafizəsi milli kimliyimizin, tariximizin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan xalqının zəngin çoxəsrlik qeyri-maddi mədəni irsinin qorunması və təbliğihər zaman diqqət mərkəzindədir. Bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə mühüm işlər həyata keçirilir.
Açar sözlər: muğam, aşıq sənəti, xalçaçılıq, tar,“Kitabi-Dədə Qorduq” dastanı, “Yallı”, kəlağayı, lavaş, dolma, nar bayramı
Lala Jafarova
Azerbaijan State University of Culture and Arts
master student
Conservation of İntangible Cultural Heritage and
Dissemination is a Priority Issue
Abstract
The national cultural heritage of every nation is the historical memory that shows the people their identity, reminds them of what they are capable of, and instills feelings of love and loyalty to the Motherland. In our country, there are various examples of intangible cultural heritage whose age is measured in centuries or even millennia. Today, mugham, ashiq art, carpet art, musical instruments such as kamancha and tar, “Kitabi-Dade Gordug” epic, Nowruz holiday, Lahich's coppersmithing art, miniature art, “Yalli” national musical dance, kalaghayi, which are examples of intangible culture of Azerbaijan today. The protection of our national and moral values, such as chevken folk game, lavash, dolma, pomegranate festival, plays an important role in the transmission of our national identity and history to future generations. In this regard, the protection and promotion of the rich multi-century intangible cultural heritage of the Azerbaijani people is always in the center of attention. In this direction, important works are being carried out both inside the country and abroad.
Keywords: mugham, ashiq art, carpet weaving, tar, “Kitabi-Dade Gordug” epic, “Yalli”, kalaghayi, lavash, dolma, pomegranate holiday