DOI: https://doi.org/10.36719/2663-4619/85/27-32
Ayşən Mübaşir qızı Cavadova
Bakı Dövlət Universiteti
aysheni@mail.ru
SEMASİOLOJİ SÖZ QRUPLARI: OMONİMLƏR, SİNONİMLƏR VƏ ANTONİMLƏR
Xülasə
Semasiologiya dildə mühüm yer tutan dilçilik məsələlərindəndir. Semasiologiya sözlərin mənalarını və dəyişmə üsullarını öyrənir. Dildə işlənən hər bir vahidin mənası vardır. Elə vahidlər vardır ki, onlar bir sözlə müxtəlif mənaları ifadə etməyə imkan verir. Belə sözlər dildə omonim kimi araşdırılır. Omonimlər eyni cür yazılır və tələffüz edilir, ancaq onlar arasında böyük məna fərqi vardır. Sinonimlər dildə üslubi keyfiyyətlərinə görə omonimlərdən seçilir. Sinonimlər dildə artıqlığın və yersiz təkrarın qarşısını alır. Belə ki, onlar müxtəlif cür yazılır, müxtəlif şəkildə tələffüz olunur, ancaq məna baxımından bir-birinə yaxın olur. Bir sözü cümlədə bir dəfədən artıq işlətdikdə o nitqdə çətinlik yaradır və dinləyicini yorur. Antonimlər nitqdə təzad yaratmaqla onun təsir gücünü artırır, çünki belə sözlərə xas olan ən mühüm keyfiyyət onların bir-birinə əkslik təşkil etməsidir.
Açar sözlər: semasiologiya, leksik vahidlər, omonimlər, sinonimlər, antonimlər
Ayshan Mubashir Javadova
Baku State University
Semasiological word groups: homonyms, synonyms and antonyms
Abstract
Semasiology is one of the issues of linguistics that has an important place in language. Semasiology studies the meanings of words and the ways in which they change. Each unit used in the language has a meaning. There are units that allow one word to express different meanings. Such words are studied as homonyms in the language. Homonyms are spelled and pronounced the same, but there is a big difference in meaning between them. Synonyms are chosen from homonyms according to their stylistic qualities in the language. Synonyms prevent redundancy and unnecessary repetition in language. So, they are written differently, pronounced differently, but they are close to each other in terms of meaning. When a word is used more than once in a sentence, it creates difficulty in speech and tires the listener. Antonyms increase the impact of speech by creating contrast, because the most important quality of such words is that they are opposites to each other.
Keywords: semasiology, lexical units, homonyms, synonyms, antonyms