Araz Fazil oğlu Qasımov
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
magistrant
araz.qasimov97@mail.ru

TURİZMİN İNKİŞAFINDA RƏQƏMSAL XİDMƏTLƏR
Xülasə
Turizm sektorunda əməyin rəqəmsal transformasiyası prosesi kifayət qədər dinamikdir. Buna baxmayaraq, bütün turizm müəssisələri dəyişikliklərə və yeni texnologiyaların tətbiqinə eyni dərəcədə hazır deyil. Məhz buna görə də turizm sektorunda əməyin transformasiyası üçün müsbət və mənfi ehtimallar proqnozlaşdırılır. Bundan başqa, turizm sektorunda robotların tətbiqi nəticəsində əməyin səmərəliliyini artıran, xərcləri azaldan, o cümlədən rəqəmsal bacarıqlara, yaradıcılığa və digər peşəkar xüsusiyyətlərə malik real işçilərin əhəmiyyətini artıran rəqəmsal texnologiyaların təkmilləşdirilməsinə xüsusi diqqət ayrılır. 
Xidmətlərin rəqəmsal transformasiyası prosesi inkişaf etmiş regionlarda turizm sektorunda çalışan işçilərin karyera yüksəlişinə töhfə verməklə yanaşı, inkişaf etməkdə olan regionlardakı işçilərə peşədə özlərini ifadə etmək imkanı yaradır. Rəqəmsallaşdırma prosesləri və qeyri-adi turizm məhsullarının (məsələn, virtual reallıq) yaradılması ideyaları bütün dünyada turistlərin marağını artırmaq üçün turizm müəssisələrinin prioritetlərindən birinə çevrilmişdir.Xidmətlərin rəqəmsal transformasiyası proseslərinin mürəkkəbliyinə və qeyri-müəyyənliyinə baxmayaraq, turizm və mehmanxana müəssisələrinin işçilərinə, habelə turizmin və bütövlükdə otel biznesinin inkişafına müsbət təsir edəcək perspektivlər və real imkanlar müəyyən edir.  
  Açar sözlər: rəqəmsal, Azərbaycan, texnologiya, müasir, transformasiya, turizm 

Araz Fazil Gasimov

Azerbaijan State University of Culture and Arts

master student

araz.qasimov97@mail.ru


Digital services in the development of tourism
Abstract
The process of digital transformation of labor in the tourism sector is quite dynamic. Nevertheless, not all tourism enterprises are equally ready for changes and the introduction of new technologies. That is why positive and negative possibilities are predicted for the transformation of labor in the tourism sector. In addition, as a result of the introduction of robots in the tourism sector, special attention is paid to the improvement of digital technologies that increase labor efficiency, reduce costs, as well as increase the importance of real workers with digital skills, creativity and other professional characteristics.
The process of digital transformation of services contributes to the career advancement of workers in the tourism sector in developed regions, and provides an opportunity for workers in developing regions to express themselves in the profession. Digitalization processes and the ideas of creating unusual tourism products (for example, virtual reality) have become one of the priorities of tourism enterprises to increase the interest of tourists around the world. Despite the complexity and uncertainty of the processes of digital transformation of services, it identifies prospects and real opportunities that will positively affect the employees of tourism and hotel enterprises, as well as the development of tourism and the hotel business as a whole.
  Keywords: digital, Azerbaijan, technology, modern, transformation, tourism

MƏQALƏNİ YÜKLƏ [300.77 Kb] (yüklənib: 33)


Baxış: 579
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az