Günay Loğman qızı Ağayeva
Milli Aviasiya Akademiyası
dissertant
gaghayeva@naa.edu.az
TEXNİKİ UNİVERSİTETLƏRİN HAZIRLIQ FAKÜLTƏLƏRİNDƏ İNGİLİS DİLİNDƏ
NİTQ BACARIQLARININ FORMALAŞDIRILMASININ LİNQVİSTİK ƏSASLARI
NİTQ BACARIQLARININ FORMALAŞDIRILMASININ LİNQVİSTİK ƏSASLARI
Xülasə
Bu məqalənin məqsədi texniki universitetlərin hazırlıq fakültələrində ingilis dilində nitq bacarıq-larının formalaşmasının linqvistik əsaslarını təhlil etməkdir. Son illərdə bəzi ali təhsil müəssilərində tələbələrə təhsilin ilk ilində yalnız ümumi ingilis dili və xüsusi məqsədlər üçün ingilis dili tədris olunur. Lakin, nəzərə almaq lazımdır ki, ingilis dilinin xüsusi məqsədlərlə təliminə böyük marağın olmasına baxmayaraq, ixtisası dil olmayan ali məktəblərdə ingilis dili təliminin burada təhsil alan tələbələrin ehtiyac və tələbatlarını nəzərə almaqla təşkil edilməsinin əhəmiyyəti və vacibliyinin lazımi dəyərləndirilməməsi müşahidə edilir. Xüsusilə, texnikiyönümlü ixtisaslarda ingilis dili fənninin tədrisinə xüsusi diqqət yetirilməlidir. Universitetlərin xarici dillər kafedraları ilə ixtisas kafedraları arasında fənlərarası koordinasiyanın olması, tədris ediləcək peşəyönümlü ingilis dili fənn proqramlarının ixtisas kafedralarının müəllimləri ilə birgə hazırlanması və tədrisin kommunikativ yanaşmaya əsaslanaraq təşkili tələbələrin əldə edəcəkləri peşəyə uyğun olaraq nitq bacarıqlarının formalaşdırılması, inkişaf etdirilməsi xidmət etməlidir.
Açar sözlər: ünsiyyət bacarıqları, diskurs, kompetensiya, linqvistik aspektlər, terminlər
Gunay Loghman Aghayeva
National Aviation Academy
dissertatist
gaghayeva@naa.edu.az
Linguistic basis of the formation of speaking skills in English in
the preparatory faculties of technical universities
the preparatory faculties of technical universities
Abstract
The purpose of this article is to analyze the linguistic basis of forming speaking skills of learners in the process of English language learning at the preparatory faculties of technical universities. In recent years students are taught English for special purposes in addition to General English in the first year of study. However, the importance of teaching of English considering the learners’ needs and requirements is observed to be insufficiently evaluated in universities that do not specialize in language. In particular, special attention should be paid to the teaching of English language in technical-oriented specialties. Interdisciplinary coordination between foreign language departments and speciality departments of universities, the preparation of subject programs together with teachers of speciality departments, and the applying the communicative labguage teaching approach should serve the formation and development of students' speaking skills.
Keywords: communication skills, discourse, competence, linguistic aspects, terms
MƏQALƏNİ YÜKLƏ
[316.27 Kb] (yüklənib: 2)
Baxış:
373