Zeynəb Natiq qızı Bağırova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
magistrant
zynbbagirova77@gmail.com
Orcid: 0000-0003-3588-0493

QADIN HÜQUQLARI İNSAN HÜQUQLARININ BİR PARÇASI KİMİ

Xülasə
İnsan hüquqları dedikdə, dinindən, dilindən, irqindən, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq, dünyadakı bütün insanların sadəcə insan olduqları üçün istifadə etdikləri hüquq və azadlıqlar başa düşülür. İnsan hüquqlarının bir hissəsi olaraq qadın hüquqları uğrunda mübarizə 1789-cu il Fransa İnqilabından sonra başladı. Tarixdə ilk dəfə olaraq qadınlar 1791-ci ildə öz Qadın və Mülki Hüquqları Bəyannaməsini nəşr etdilər. Oktyabrın 24-də BMT Nizamnaməsinin qəbulu ilə 1945-ci ildə müasir insan hüquqları rəsmiləşdi. Xüsusən də Nizamnamənin preambulasında insan hüquqlarının müdafiəsinin Birləşmiş Millətlər Təşkilatının əsas məqsədlərindən biri olduğu bildirilir və eyni zamanda kişi və qadınların bərabərliyi məsələsinə toxunulur. Dünyanın bir çox yerində qadın hüquqlarının əhəmiyyət kəsb etmədiyi bir vaxtda qadın hüquqlarına bu cür yanaşma çox vacib hesab olunurdu. 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılmasından sonra qadın bərabərliyini təmin edən daxili orqanın yaradılması əsas məsələlərdən biri oldu. Buna görə də 1946-cı ildə BMT-nin tərkibində İnsan Hüquqları Komissiyası və Qadının Statusu üzrə Komissiya yaradıldı. Daha sonra 1979-cu ildə o dövr üçün böyük əhəmiyyət kəsb edən və müstəsna olaraq qadın hüquqlarının müdafiəsi ilə bağlı olan Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (CEDAW) qəbul edildi. CEDAW Konvensiyasını digər beynəlxalq sənədlərdən fərqləndirən əsas xüsusiyyət ondan ibarət idi ki, digər sənədlərdə ümumilikdə bütün insanlara təminat verilən mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların hər biri qadınlar üçün nəzərdə tutulmuşdur. Bəyannamənin iştirakçısı olan dövlətlər qadınları bu cür zorakılıq hərəkətlərindən qorumağa və zorakılığa məruz qalmış qadınlara belə zorakılığın qarşısını almaq üçün lazımi şərait yaratmağa borcludurlar. Ailə münasibətləri də daxil olmaqla, zorakılığın bütün formalarından uzaq yaşamaq hər bir qadının və qızın əsas insan hüququdur.
  Açar sözlər: İnsan hüquqları, Qadın hüquqları, CEDAW bəyannaməsi, Gender bərabərliyi, BMT

Zeynab Natig Baghirova

Azerbaijan State Pedagogical University

master student

zynbbagirova77@gmail.com 

                                                                                                         Orcid: 0000-0003-3588-0493
Women's rights as part of human rights
Abstract
Human rights mean the rights and freedoms that all people in the world, regardless of religion, language, race, gender or ethnicity, enjoy simply because they are human. As part of human rights, the struggle for women's rights began after the French Revolution of 1789. For the first time in history, women published their own Declaration of Women's and Civil Rights in 1791. With the adoption of the UN Charter on October 24, 1945, modern human rights became official. In particular, the preamble to the Charter states that the protection of human rights is one of the main goals of the United Nations, and also addresses the issue of equality between men and women. In many parts of the world, this approach to women's rights was considered very important at a time when women's rights were not important. After the establishment of the United Nations in 1945, one of the key issues was the establishment of an internal body to ensure women's equality. Therefore, in 1946, the Commission on Human Rights and the Commission on the Status of Women were established within the UN. Then, in 1979, the Convention on the Elimination of All Forms of Discrimination against Women (CEDAW) was adopted, which was of great importance for that period and dealt exclusively with the protection of women's rights. The main feature that distinguished the CEDAW Convention from other international documents was that in other documents, each of the civil, political, economic, social and cultural rights guaranteed to all people in general was intended for women. The States Parties to the Declaration are obliged to protect women from such acts of violence and to provide the necessary conditions for women who have been subjected to such violence to avoid such violence. Living away from all forms of violence, including family relationships, is a fundamental human right of every woman and girl.
  Keywords: Human rights, Women rights, CEDAW convention, Gender equality, UN

MƏQALƏNİ YÜKLƏ [377.58 Kb] (yüklənib: 15)

Baxış: 558
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az