Aynur Cümşüd qızı Meyfaliyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
aynurmeyfaliyeva@gmail.com
QARAMALA EMBRİON KÖÇÜRÜLMƏ TEXNOLOGİYASININ TƏTBİQİ
Xülasə
Tədqiqat işinin məqsədi qaramalda embrion köçürülmə texnologiyasının tətbiqini öyrənməkdir. Tədqiqat işi Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti” fakültəsinin “Terapiya, mamalıq və cərrahiyyə” kafedrasının laboratoriyasında, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzində aparılacaqdır. Heyvandarlığın inkişaf tempinin artırılmasında gündəmdə duran ən aktual problem məhz embrionun köçürülməsi sayılır. Bu üsulla yüksək məhsuldar heyvanların sayının intensiv surətdə artırılmasına nail olmaq mümkündür. Embrionun köçürülməsi çoxalmanın biotexnoloji metodu olmaqla onun əsas məqsədi donor adlanan yüksək məhsuldar damazlıq heyvanların balalığından bir və ya çoxlu sayda embrionun resipient sayılan inəklərin balalığına köçürülməsindən ibarətdir. Bu mütərəqqi üsuldan geniş istifadə edilməsi kənd təsərrüfatı heyvanlarının genofondunun ölkələr və kontinentlər (qitələr) arasındakı mübadiləsi prosesini həddindən artıq dərəcədə qısaldır, sadələşdirir və sürətləndirir.
Açar sözlər: qaramal, embrion, köçürülmə, keyfiyyət, texnologiya, donor, resipiyentAynur Jumshud Meyfalieva
The application technology of embrion transplantation to cattle
Abstract
The aim of our investigation work is learning of the application technology of embryo transplantation to cattle. The investigation work will held in the faculty of “Therapy, mammology and operatin” in the laboratory of Azerbaijan State Agrarian University, in Goygol region's “Republic Artificial Fermented Center”. The incresaing of the cattle-breeding is the main actual problem is considered the embryo transplantation. In this way we can increase the number of animals productivity. The biotechnological method of embryo transplantation is the transplantation of embryo from the donor animals to the womb resipient cows. Using this method by this way shorten, increased rapidly and simplified the exchange of agricultural animals among continents and the geofund of countries.
Keywords: cattle, embryo, transplantation, quality, technology, donor, resipient
MƏQALƏNİ YÜKLƏ
[2.47 Mb] (yüklənib: 31)
Baxış:
404