Səfər Sərdar oğlu Rəfiyev
Azərbaycan Turizm və Menecment Universiteti
magistrant
safarrafiyev@gmail.com
AZƏRBAYCANDA SOSİAL TURİZMİN VƏZİYYƏTİ VƏ İNKİŞAFI
Xülasə
Bu məqalədə yaş, məşğulluq,turistlərin sosial tərkibinin genişlənməsi, əhalinin təhsil, mədəniyyət, estetik tələbləri, sosial-demoqrafik amillər, cəmiyyətdə maddi və mənəvi ehtiyacların nisbəti, urbanizasiya və s. Azərbaycanda sosial turizmin inkişaf istiqamətinə təsir göstərilməsi araşdırılmışdır. Tədqiqat işində sosial turizmin müasir vəziyyətinin tədqiqi və Azərbaycanda sosial turizmin iştirakçıları ilə bağlı fəaliyyətin təhlil edilməsi tədqiqat işinin əsas məqsədlərindən hesab edilir. Tədqiqatın nəticəsində sağlamlıq turizminin canlanması, sanatoriya-kurort biznesinin inkişafı və əhəmiyyətinin sosial turizmə töhfə verəcəyi izah edilmişdir. Sosial turizm sistemində turizm xidmətlərinin formalaşdırılması və həyata keçirilməsində qarşıya çıxan problemlər tədqiq edilmişdir. Bu sahədə dövlətin gördüyü işlər və gələcək inkişaf perspektivləri diqqətə çatdırılmışdır. Bütün kateqoriyalardan olan istehlakçılar üçün turizm xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün şəraitin yaradılması tədqiqat işinin arşdırılması zamanı qarşıya qoyulan hədəflərdəndir.
Tədqiqat nəticəsində əldə olunmuş məlumatlar Azərbaycanın turizm sənayesi şirkətləri əlil turistlərə diqqət yetirməli, bu kateqoriyadan olan vətəndaşların səyahəti və istirahəti üçün rahat şəraitin yaradılması nəticəsində gələcəkdə perspektiv istifadə üçün geniş imkanlar verəcəkdir.
Açar sözlər: sosial turizm, kurort-sanatoriya, turizm resursları, aztəminatlı insanlar, əlillər, məhdud fəaliyyət qabiliyyəti olan şəxslər üçün turizm
Safar Sardar Rafiyev
The situation and development of social tourism in Azerbaijan
Abstract
This article discusses age, employment, the expansion of the social structure of tourists, education, culture, aesthetic needs of the population, socio-demographic factors, the ratio of material and spiritual needs in society, urbanization, etc. The impact of social tourism on the development of Azerbaijan has been studied. The main purpose of the research is to study the current state of social tourism and analyze the activities of participants in social tourism in Azerbaijan. As a result of the study, it was explained that the revival of health tourism, the development and importance of the sanatorium-resort business will contribute to social tourism. The problems encountered in the formation and implementation of tourism services in the social tourism system were studied. The work done by the state in this area and the prospects for future development were highlighted. Creating conditions to ensure the availability of tourism services for all categories of consumers is one of the goals of the research.
The information obtained as a result of the study should pay attention to disabled tourism companies in Azerbaijan, which will provide ample opportunities for future use as a result of creating favorable conditions for travel and recreation of this category of citizens.
Key words: social tourism, resort-sanatorium, tourism resources, tourism for low-income people, disabled people , tourism for people with disabilities
MƏQALƏNİ YÜKLƏ
[1.46 Mb] (yüklənib: 65)
Baxış:
625