Zeynəb Əsgər qızı Hüseynova
Heyvandarlıq Elmi Tədqiqat İnstitutu
böyük elmi işçi
zeynebhuseyova1967@mail.ru
Yusif Hilal oğlu Əbdüləzimov
Heyvandarlıq Elmi Tədqiqat İnstitutu
elmi işçi
yusif_ebdulezimov@mail.ru
Sevinc Fərrux qızı Ağayeva
Heyvandarlıq Elmi Tədqiqat İnstitutu
bioembrioloq
sevincaqayeva1973@mail.ru
CAMIŞLARIN MƏHSULDARLIĞININ YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTİNDƏ
APARILAN DAMAZLIQ-SELEKSİYA İŞİ VƏ ALINAN MƏLƏZLƏRİN
MÜQAYİSƏLİ ÖYRƏNİLMƏSİ
APARILAN DAMAZLIQ-SELEKSİYA İŞİ VƏ ALINAN MƏLƏZLƏRİN
MÜQAYİSƏLİ ÖYRƏNİLMƏSİ
Xülasə
Camışçılıq heyvandarlığın gəlirli sahələrindən biridir. Odur ki, həmin sahənin inkişaf etdirilməsi və onun məhsuldarlıq göstəricilərinin artırılmasının zəruriliyi günün aktual problemlərindən biridir. Onların yetişdirilməsi üçün əlverişli şəraitin olması vacibdir. Belə ki, onlara əsasən subtropik, subekvatorial və ekvatorial iqlimin hakim olduğu ərazilərdə arealı daha yüksəkdir. Buna misal kimi onu göstərmək olar ki, inəklər-200 C şaxtaya dözdükləri halda, camışlar artıq-1° C-də çətinlik çəkir. Səbəb isə onun piy qatının olduqca az olmasıdır. Camışdan alınan süd məhsulları keyfiyyət baxımından inək südünü üstələyir.
Azərbaycan camışının təkmilləşdirilməsi və bu əsasda böyük kütlə təşkil edən həmin qiymətli növün cinslərə ayrılması problemi üzərində dərin tədqiqat aparan prof. A.Ə.Ağabəyli camış növünün konstitusiyasını və eksteryerini əsaslı surətdə işləmişdir.
Camışların ən çox hissəsi Aran, Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran, Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarında cəmləşmişdir.
Apardığımız tədqiqat işləri nəticəsində müəyyən olunmuşdir ki, yüksək süd məhsuldarlığına malik olan camışlar yetişdirmək üçün onların hələ körpəlikdən zootexniki qaydalara uyğun yetişdirilməsi ilə bərabər, saxlama rejimi də böyük təsir göstərir.
Açar sözlər: camışçılıq, cins, canlı kütlə, yemləmə, mələz, damazlıq, süni mayalanma
Zeynab Asgar Huseynova
Yusif Hilal Abdulazimov
Sevinj Farrukh Agayeva
Breeding and selection work carried out to increase the productivity
of buffaloes and a comparative study of the obtained breeds
of buffaloes and a comparative study of the obtained breeds
Abstract
Buffalo breeding is one of the most profitable areas of animal husbandry. Therefore, the need to develop this area and increase its productivity is one of the current problems of the day. It is important to have favorable conditions for their growth. Thus, according to them, the area is higher in areas dominated by subtropical, subequatorial and equatorial climates. An example of this is that while cows can withstand temperatures of-20° C, buffaloes have difficulty with temperatures of -1° C. The reason is that it has a very low fat content. Dairy products from buffaloes are superior to cow's milk in terms of quality.
Prof.A.A. Agabeyli conducted in-depth research on the improvement of the Azerbaijani buffalo, and on this basis has worked extensively on the constitution and exterior of the buffalo species with the problem of generalization of this valuable species which forms a large mass.
Most of the buffaloes are concentrated in Aran, Sheki-Zagatala, Ganja-Gazakh, Lankaran, Mountainous Shirvan and Guba-Khachmaz economic regions.
As a result of our research, it was found that in order to raise buffaloes with high milk yield, along with their breeding from infancy in accordance with zootechnical rules, the keeping also has a great impact.
Key words: buffalo breeding, breed, live mass, feeding, hybrid, breeding, artificial insemination
MƏQALƏNİ YÜKLƏ
[151.84 Kb] (yüklənib: 30)
Baxış:
465