Mələkxanım Niyazi qızı Səfərli
Baki Mühəndislik Universiteti
magistrant
melekseferli79@gmail.com
RUSİYA-UKRAYNA MÜHARİBƏSİNDƏ RUSİYA-ABŞ RƏQABƏTİ
Xülasə
Dünyada gedən geosiyasi proseslər yeni dünya nizamının yaradılmasının göstəricisidir. Təkqütblü sistemin lideri olan Amerika Birləşmiş Ştatları yüksələn güc olan Rusiya və Çinə qarşı yenidən müttəfiqlərini səfərbər etmək istəyir. Qərb və Rusiya arasında bufer zona olan Ukraynanın geosiyasi, geoiqtisadi, geostrateji önəmi qlobal güclərin maraqlarının toqquşmasına səbəb olur. Geosiyasi şəraitin uyğunluğundan istifadə edən Rusiya həm imperialist maraqlarını reallaşdırır, həm də Qərbə tələblərinin yerinə yetirilməsi üçün təzyiq göstərir. Və bu məqalə tərəflərin maraq və gələcək planlarının nə olduğundan bəhs edir. Həmçinin müharibə sonrası bütün dünyada qida qıtlığı və iqtisadi durğunluğun da olacağını proqnozlaşdırır.
Açar sözlər: Rusiya, ABŞ, Ukrayna, NATO, Çin, Qərb dünyası, Co Bayden, Putin, geosiyasi mübarizə, milli maraq
Melekkhanım Niyazi Safarli
Russia-USA competition in Russia-Ukraine war
Abstract
Geopolitical processes in the world are an indicator of the creation of a new world order. The United States, the leader of the unipolar system, wants to re-mobilize its allies against the rising power of Russia and China. The geopolitical, geoeconomic and geostrategic importance of Ukraine, which is a buffer zone between the West and Russia, is causing a conflict of interests between global powers. Taking advantage of the geopolitical situation, Russia is both pursuing its imperialist interests and exerting pressure on the West to comply with its demands. And this article is about the interests and future plans of the parties. It also predicts food shortages and economic stagnation around the world after the war.
Key words: Russia, USA, Ukraine, NATO, China, Western world, Co Biden, Putin, geopolitical struggle, national interest
MƏQALƏNİ YÜKLƏ
[136.47 Kb] (yüklənib: 52)
Baxış:
505