ELMİ TƏDQİQAT

Beynəlxalq Elmi Jurnal

e-ISSN: 2789-6919 

  DOI: 10.36719  
 ––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––
 

ELM VƏ TƏHSİLDƏ MÜASİR TƏLƏBLƏR

XII TEZİSLƏR TOPLUSU


Elm sahələri


Humanitar və İctimai elmlər

Təbiət elmləri

Riyaziyyat və Mexanika 

   Texnika elmləri 


               Əlyazma qəbulunun son tarixi:  27.01.2025
                Toplunun çap tarixi:                    12.02.2025
 


Tezislər Toplusunun işçi dilləri: Azərbaycan və İngilis
  

“Azərbaycan Elm Mərkəzi” “Crossref” təşkilatının üzvü olduğu üçün

mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir. 

Müəlliflərə Azərbaycan Elm Mərkəzi tərəfindən Beynəlxalq Sertifikat verilir. 
 

Tezislərin yazı qaydaları
 

  • Tezislər A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Tezislərin həcmi 1-3 səhifə arası olmalıdır.
  • Tezislərdə müəllifin adı və soyadı (məs.: Fidan Quliyeva), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi tezislərin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
  • Açar sözlər 5 sözdən az olmayaraq yazılmalıdır. Məqalə Azərbaycan dilində yazılarsa, açar sözlər Azərbaycan və ingilis dillərində və ya ingilis dilində yazılarsa, açar sözlər ingilis və Azərbaycan dillərində yazılmalıdır. Əgər məqalə türk və rus dillərində yazılarsa, açar sözlər məqalənin yazıldığı dildə, həmçinin Azərbaycan və ingilis dillərində yazılmalıdır. 
  • Əgər istinad varsa, tezislərin sonunda əlifba sırası ilə ədəbiyyat siyahısı yazılmalıdır.
  • Tezis daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Quliyeva, 2021), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Quliyeva, 2021, s. 87).
  • Tezisdə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir.
     

Tezislər Toplusu ödənişlidir 
 

e-mail: tezis.tedqiqat@aem.az

info@aem.az 
 

Ünvan: Bakı şəh., Mətbuat pr., 529,

“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə


https://aem.az 
 

Tel:  +994 50 209 59 68 

       +994 99 807 67 68

       +994 99 808 67 68

       +994 12 510 63 99



 





Baxış: 4 123
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az