Firuzə Fərman qızı Bağırova
ADPU nəzdində Pedaqoji Kollec
müəllim
fbaqirova2014@gmail.com
İNTERAKTİV TƏLİMİN ƏSASLARI VƏ TƏTBİQ YOLLARINA DAİR
Xülasə
Xülasə
İnteraktiv təlim müəllimlə öyrənənlərin qarşılıqlı əməkdaşlığına əsaslanaraq, ikincilərin idrak fəaliyyətini fəallaşdırır.İnteraktiv təlim interaktiv metodlarının tətbiqi ilə başlayır. Bu metodların tətbiqi şagirdlə əməkdaşlığa əsaslanan fəal idrak fəaliyyətinə şərait yaradır, onda müstəqil çalışmanın, müstəqil düşünmə bacarıqlarının inkişafına, intellektual təfəkkürünün formalaşmasına yol açır. İnteraktiv təlimdə dərsin səmərələliyi şagirdlərin müstəqil yaradıcı fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. Məsələnin belə qoyuluşu təlimdə öyrənilənlərin müstəqil fəaliyyətini təlim prosesinin mühüm tərkib hissəsinə çevirir.
Açar sözlər: metod, təlim, interaktiv təlim, təhsil sistemi, müəllim
Firuza Farman Bagirova
Pedagogical College under ASPU
On the basics and applications of interactive learning
Abstract
Abstract
Interactive learning, based on the interaction of learners with the teacher, activates the cognitive activity of the latter. Interactive learning begins with the application of interactive methods. The application of these methods creates conditions for active cognitive activity based on cooperation with the student, which leads to the development of independent work, independent thinking skills, the formation of intellectual thinking. In interactive learning, the effectiveness of the lesson is assessed as a result of students' independent creative activity. Such a statement makes the independent activity of learners in training an important part of the learning process.
Keywords: method, training, interactive training, education system, teacher
MƏQALƏNİ YÜKLƏ
[440.39 Kb] (yüklənib: 26)
Baxış:
567