Arxiv
2024 Afaq Xankərəm qızı Qaralı
Odlar Yurdu Universiteti
Magistrant
afaqqara@gmail.com
İNGİLİS DİLİNİN ÖYRƏNİLMƏSİNDƏ KOMMUNİKATİV TƏLİM METODU
Xülasə
Kommunikativlik latın sözü olub qarşılıqlı anlaşma əsasında iki və daha çox fərd arasında əlaqə, ünsiyyət aktı mənasını verir. İngilis dilinin kommunikativ metodla tədrisi təhsilin ən mühüm məqsədlərindən biridir. Bu metod xarici dildə ünsiyyət yaratmaq vərdişi və bacarığın aşılanmasını nəzərdə tutur. İngilis dili üzrə kommunikasiya canlı danışığın qurulmasından, interaktiv fəaliyyətin formalaşmasından ibarətdir. Kommunikativ təlimin əsas məqsədi öyrədilən və öyrənilən dildə kommunikativ kompentensiyaya yiyələnməkdən ibarətdir. Bu baxımdan dil təlimi kommunikativyönümlü təlim xüsusiyyətləri kəsb etməlidir. Bu xüsusiyyətlər də tələbələri kommunikativ bacarıqlar əldə etməyə yönləndirir. Kommunikativyönümlü təlim metodunun əsas iştirakçıları müəllim və tələbələrdir. Hazırda dil dərslərinin tələbələrə nə dərəcədə kommunikativyönümlü tədris edildiyi tədqiq və təhlilə açıq bir məsələdir.
Açar sözlər: ingilis dili, təlim metodları, kommunikativ metodu, interaktiv fəaliyyət,tədqiq və təhliləAfag Khankaram Garali
Methof of communicative teaching in English learning
Abstract
Communicative is a Latin word meaning an act of communication between two or more individuals on the basis of mutual understanding. Teaching English in a communicative way is one of the most important goals of education.This method involves instilling the habit and ability to communicate in a foreign language. From this point of view, language training should have features of a communicative orientation. These features also direct students to acquire communication skills. The main participants in the communicative teaching method are teachers and students. At present, it is open to research and analysis to what extent language lessons are taught to students in a communicative way.
Key words: the English language , training methods, communicative methods, interactive activities, research and analysis
MƏQALƏNİ YÜKLƏ
[145.88 Kb] (yüklənib: 83)
Baxış:
1 028