Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Ülkər Əlövsət qızı Qurbanova
Bakı Dövlət Universiteti
Müəllim
ulker_sahverdiyeva@mail.ru

AİLƏDƏKİ EMOSİONAL VƏZİYYƏTİN KÖRPƏLƏRDƏ PSİXOLOJİ
 MÜDAFİƏ MEXANİZMİNİN FORMALAŞMASINA TƏSİRİ
Xülasə
 Körpəlik yaş dövrü uşağın fiziki,əqli və emosional cəhətdən ən sürətli inkişaf etdiyi dövrdür. Ailə və uşaq arasında qurulan güvənli bağlılıq münasibətləri uşağa sağlam bir psixoloji inkişaf bəxş edir. Təhlükəsiz bağlılıq emosional sağlamlığın bir hissəsidir. Hər bir insanda mövcud olan və qarşılaşdığı hadisələrə qarşı nümayiş etdirdiyi müdafiə mexanizmlərinin formalaşması uşaqlıq illərinə gedib çıxır. Hal-hazırda uşaq psixologiyası və psixoterapiyasında psixoloji müdafiə problemi ən aktual və müzakirə olunan məsələlərdən biridir. Uşağa psixoloji müdafiə mexanizmlərini düzgün formalaşdırmağa kömək edən valideyn onun şəxsiyyətinin inkişafına, sosial uyğunlaşma qabiliyyətinin artmasına, habelə psixi pozğunluqların qarşısının alınmasına kömək edir. Uşaqların sağlam ailədə böyüməsi üçün ilk növbədə həmin ailədə ana atanın bir-biri ilə şəxsi münasibətləri çox önəmlidir. Valideynlərin özünün də övladlarına sağlam davranışlar sərgiləməsi ,onların şəxsi xarakter xüsusiyyətlərindən və bir-birilərinə olan münasibətlərindən qaynaqlanır.
Açar sözlər: valideyn münasibətləri, ailədaxili ünsiyyət, psixoloji müdafiə, körpələrdə psixoloji müdafiə, emosional vəziyyət, müdafiə mexanizmləri

Ulker Alovsat Gurbanova

Effect of the emotional situation in the family on the formation of
 psychological defense mechanisms in babies
Abstract
Infancy is the period when a child develops the most physically, mentally and emotionally. Reliable communication between family and child gives the child a healthy psychological development. Safe attachment is part of emotional health. The formation of defense mechanisms that each person has and demonstrates against the events they face goes back to childhood. Currently, the problem of psychological protection in child psychology and psychotherapy is one of the most pressing and discussed issues. A parent who helps the child to form psychological defense mechanisms correctly helps to develop his personality, increase his ability to adapt socially, as well as prevent mental disorders. In order for children to grow up in a healthy family, first of all, the personal relationship of parents in that family is very important. The fact that parents themselves show healthy behavior to their children stems from their personal characteristics and attitudes towards each other.
Key words: parental relationships, family communication, psychological defence, psychological defense in infants, emotional state, defence mechanisms

MƏQALƏNİ YÜKLƏ [141.38 Kb] (yüklənib: 62)




Baxış: 494
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az