ELMİ TƏDQİQAT

Beynəlxalq Elmi Jurnal

e-ISSN: 2789-6919 

  DOI: 10.36719  

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––
 
ELM VƏ TƏHSİLİN ƏSASLARI

XII BEYNƏLXALQ ELMİ KONFRANS
 

Elm sahələri


Humanitar və İctimai elmlər

Təbiət elmləri

Riyaziyyat və Mexanika  

Texnika elmləri  
 

Əlyazma qəbulunun son tarixi:   22.01.2025 
 
Konfransın keçiriləcəyi tarix:     07.02.2025 
 

Konfransın işçi dilləri: Azərbaycan və İngilis 
 

“Azərbaycan Elm Mərkəzi” “Crossref” təşkilatının üzvü olduğu üçün  

mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir. 

Müəlliflərə “Azərbaycan Elm Mərkəzi” tərəfindən Beynəlxalq Sertifikat verilir. 
 

Konfrans materialının yazı qaydaları
 

  • Tezislər A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Tezislərin həcmi 1-3 səhifə arası olmalıdır.
  • Tezislərdə müəllifin adı və soyadı (məs.: Sədi Zamanov), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi tezislərin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
  • Açar sözlər 5 sözdən az olmayaraq yazılmalıdır. Məqalə Azərbaycan dilində yazılarsa, açar sözlər Azərbaycan və ingilis dillərində və ya ingilis dilində yazılarsa, açar sözlər ingilis və Azərbaycan dillərində yazılmalıdır. Əgər məqalə türk və rus dillərində yazılarsa, açar sözlər məqalənin yazıldığı dildə, həmçinin Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Əgər istinad varsa, tezislərin sonunda əlifba sırası ilə ədəbiyyat siyahısı yazılmalıdır. 
  • Tezisin daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Zamanov, 2011), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Zamanov, 2011, s. 87).
  • Tezisdə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir.
     

Konfrans ödənişlidir 
 

e-mail: bek.tedqiqat@aem.az

info@aem.az 
 

Ünvan: Bakı şəh., Mətbuat pr., 529,

«Azərbaycan» Nəşriyyatı, 6-cı mərtəbə


https://aem.az  
 

Tel: +994 50 209 59 68

      +994 99 807 67 68

      +994 99 808 67 68

      +994 12 510 63 99





Baxış: 6 286
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az