Aydan Rasim qızı Əbdülbağıyeva
Bakı Dövlət Universiteti
dissertant
ayaapril@yandex.ru
İNTERNET ASILILIĞI QEYRİ-KİMYƏVİ ADDİKTİV POZUNTUNUN FORMASI KİMİ
Xülasə
Hazırda sosial şəbəkə gənc nəslə təsir göstərən ən güclü alətə çevrilib. “İllüziyalı dünya” gündən-günə onları daha çox cəlb edir. İnternetin “sehrinə” aludə olan yeniyetmələr bir gün ondan asılı vəziyyətə qalacaqlarını ehtimal belə etmirlər. Real problemlərdən fantastik dünyaya qaçan yeniyetmələr virtual həyatı zamanla reallıq kimi qavradıqlarının fərqinə varmırlar. İnternetdə uzun müddət vaxt keçirmək sağlamlığa da təsirsiz ötüşmür. Saatlarla eyni vəziyyətdə qacet qarşısında oturmaq dayaq-hərəkət aparatının, ürək-damar və sinir sisteminin, göz orqanının patologiyasına gətirib çıxarır. Yeniyetmələrin asudə vaxtında nə ilə məşğul olması gələcəkdə onun şəxsiyyətinin keyfiyyətinin formalaşmasına, tələbatlarına, dəyərlər sisteminə, ümumilikdə onun cəmiyyətdə hansı mövqe tutacağına əhəmiyyətli təsir göstərir.
Açar sözlər: internet, qeyri-kimyəvi asılılıq, internet-addiksiya, yeniyetmə, kommunikasiya, natamamlıq kompleksi.Aydan Rasim Abdulbagiyeva
Internet addiction as a form of non-chemical addictive disorder
Abstract
Today, the global network has become the most powerful tool for influencing the younger generation. The illusory world attracts them more and more. Adolescents addicted to the "magic" of the Internet do not even think that one day they will become addicted to it. Adolescents fleeing from real problems to the fantasy world do not realize that they perceive virtual life as reality over time. Spending a long time on the Internet does not go unnoticed. Sitting in front of a gadget for hours in the same position leads to pathology of the musculoskeletal system, cardiovascular and nervous systems, and the eye. What teenagers do in their free time has a significant impact on the formation of the quality of his personality, needs, value system, and his position in society in general.
Keywords: internet, non-chemical dependence, internet-addiction, teen, communication, inferiority complex.
MƏQALƏNİ YÜKLƏ
[128.41 Kb] (yüklənib: 30)
Baxış:
396