Mahirə Firudin qızı Əmirova
Azərbaycan Tibb Universiteti 
biologiya üzrə fəlsəfə doktoru, dosent
gerayelmira@gmail.com
Gülnarə İbrahim qızı Əzizova
Azərbaycan Tibb Universiteti
biologiya elmləri doktoru,  professor
gulib18@mail.ru
Ellada Eldar qızı Hüseynova
Azərbaycan Tibb Universiteti 
biologiya üzrə fəlsəfə doktoru, assistent
ellada.huseyn@mail.ru
ORCİD: 0000-0001-5598-6995

SAĞLAMLIĞI QORUMAQ   MƏQSƏDİYLƏ ANTİMİKROB
 PEPTİDLƏRİN ƏSAS SİNTEZ EDİLMƏ PRİNSİPLƏRİ
Xülasə
Son zamanlar antibiotiklərə qarşı rezistentliyin artması ilə əlaqədar infeksion xəstəliklərin yayılması və onların müalicə müddəti uzadılmışdır. Bu eyni zamanda infeksion xəstəlklərdən ölüm sayının artmasına da gətirib çıxarmışdır. Beləliklə yeni, mikroorqanizmlərin rezistentlik yarada bil­mə­diyi maddələrin tətbiq edilməsinə eytiyac duyulur. Belə maddələrə antimikrob peptidlər (AMP) aiddir. Təbii AMP bəzən tələbata uyğun gəlmədiyindən onların sintetik analoqlarının alınması tibb elminin aktual problemlərdən birinə çevrilmişdir. Bu məqsədlə AMP-lərin ümumi xassələri, habelə onların ayrı-ayrı sahələrinin aktivlik və toksikliyə, membrandan keşmə qabiliyyətinə təsiri öyrənilmək­dədir. İsbat olunmuşdur ki AMP-da hidrofob aminturşuların artması onların patogen organizmlərin membranlarıyla birləşməsini artıra bilər. Müsbət yüklü aminturşuların peptidlərə əlavə edilməsi onların membranda yerləşən mənfi yüklü fosfolipidlərlə, turşularla birləşmə qabiliy­yə­tini artırır. Məqalədə AMP-lərin mikroorqanizmlərə qarşı məhvedici təsiri izah edən üç mülahizə verilmişdir. AMP-lərin sintezi zamanı onların mikroorqanizmlərin membranlarınaa qarşı affinitetini artırmaq və eyni zamanda onlarda patogenlərin inkişafını dayandıra biləcək ardıcıllıqları əldə etmək yalnız həmin peptidlərin fiziki-kimyəvi xassələrini nəzərə almaqla mümkündür. Bu məqsədlə məqalədə sintetik AMP-lərin kimyəvi quruluşunda törədilən dəyişikliklərin onların aktivliyinə təsiri nəzərdən keçirilir. Məqalədə təqdim olunan materiallar AMP sintezi ilə məşğl olan laboratoriyalar üçün şox böyük əhəmiyyətə malikdir.
Açar sözlər: amfifillik, antimikrob peptidlər, ion yükü, hidrofobluq, hemolitik və toksik təsir 

Mahira Firudin Amirova
Gulnara Ibrahim Azizova
Ellada Eldar Huseynova
Basic principles of antimicrobial peptides synthesis for health protection 
Summary
Recently, the spread of infectious diseases and their treatment duration has been extended due to increased resistance to antibiotics, that has led to an increase in deaths from infectious diseases. Thus, there is a need to apply new substances that microorganisms cannot create resistance to. Such substances include antimicrobial peptides (AMP). Since natural AMPs sometimes do not meet the demand, the acquisition of their synthetic analogues has become one of the urgent problems of medical science. For this purpose, the general properties of AMPs, as well as the impact of the individual areas on their activity and toxicity, membrane permeability are studied. It has been shown that an increase in hydrophobic amino acids in AMP can increase their binding to the membranes of pathogenic organisms. The addition of positively charged amino acids to peptides increases their ability to bind to negatively charged phospholipids and acids located in the membrane. The paper presents three considerations explaining the destructive effects of AMPs on microorganisms. During the synthesis of AMPs, it is possible to increase their affinity toward the membranes of microorganisms, as well as to obtain sequences that can stop the growth of pathogens by taking into account the physicochemical properties of these peptides. For this purpose, the paper considers the effect of changes in the chemical structure of synthetic AMPs on their activity. The materials presented in the article are of great importance for laboratories engaged in the synthesis of AMP.
Key words: amphipathicity, antimicrobial peptides, ion charge, hydrophobicity, hemolytic and toxic effects

MƏQALƏNİ YÜKLƏ [135.76 Kb] (yüklənib: 25)


Baxış: 456
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az