Həlimə Ağaşükür qızı Ağayeva
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
müəllim
ESSE VƏ İNŞA YAZILARININ DİL-ÜSLÜB XÜSUSİYYƏTLƏRİ
Xülasə
Məqalədə esse və inşa yazılardan bəhs olunur. Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Ana dilinin tədrisində son məqsəd məhz şagirdlərə əldə etdikləri bilikləri savadlı şəkildə düzgün, rabitəli və məzmunlu ifadə etməyi öyrətməkdir. Esselər yalnız şagirdlərin ümumi nitq inkişafının deyil, həm də savadlı yazı vərdişlərinin vasitəsidir. Esse üzərində işin düzgün qurulduğu siniflərdə orfoqrafik savadlılığı da yüksək olur. Onlar yazılışı çətin sözlər işlətməkdən, çətin qaydaları tətbiq etməkdən qorxmurlar. Esse yazılara orfoqrafik cəhətdən hazırlaşmaq leksik hazırlıqla sıx bağlıdır, çünki şagirdlər üçün yeni sözlərin bir çoxu mənası ilə yanaşı, yazılışına görə də anlaşılmaz olur. Məhz bu cəhətdən esselərin yazılmasını daha da çətinləşdirir.
Açar sözlər: nitq mədəniyyəti, yazı, esse, inşa Language and style features of essays and essays
Summary
The article deals with essays and essays. Speech culture is a practical field of linguistics that studies the rules of using language as a means of communication. The ultimate goal of mother tongue teaching is to teach students to express their knowledge competently, accurately, coherently and meaningfully. Essays are a tool not only for students' general speech development, but also for literate writing skills. Spelling literacy is also high in classes where essay work is properly structured. They are not afraid to use difficult words in writing, to apply difficult rules. Spelling preparation for essay writing is closely related to lexical preparation, as many of the new words become incomprehensible to students, as well as their meaning and spelling. This makes it even more difficult to write essays.
Key words: speech culture, writing, essay, essay
MƏQALƏNİ YÜKLƏ
[134.97 Kb] (yüklənib: 254)
Baxış:
963