Ş. D. Məmmədova
Bakı Slavyan Unuiversiteti
FRANSIZ DİLİNDƏ SMS DİLİ
Açar sözlər: SMS, dil,üslub,danışmaq
Ключевые слова: SMS,язык, стиль, разговаривать
Key words: SMS, language ,style, speak
Biz hər dili öyrənəndə dilin fonetik, qrammatik, leksik və.s. quruluşunu öyrənirik. Xarici dili öyrənən hər bir şəxs həmin dilin orfoqrafik, orfoepik, qrammatik, leksik dil qanunlarına çox ciddi yanaşır və onlara riayət etməyə çalışır və səhvlərin üzərində işləyərək daha dərin oyrənirlər. Lakin həmin dilin daşıyıciları,öz dilləri daxilində, dil qanunlarına tamlıqda riayət etmirlər. Məsələn fransız dilini xarici dil kimi öyrənən hər hansı bir tələbə dili sırf xarici dil kimi öyrənir, nə qədər müasir dil öyrənmə vasitələrindən istifadə etsədə, həmin dilin daşıyıcısı kimi danışıb və başa düşə bilmir və yaxud elə bilir çox şey bilir.Lakin həmin xarici dövlətə səyahət etdikdən sonra dilin daxilində , danışıq üslubunda olan dəyişikliklərlə tanış olduqdan sonra , yalnız dili xarici dil kimi öyrəndiyin başa düşür və bir neçə il orada yaşadıqdan sonra dil daxili, danışıq dili ilə bağlı qaydalarla tanış olur, öz danışığında bu qaydaları tətbiq edir.