Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Şikar Qasımov

Azərbaycan mədəniyyətinin inldşaf tarixini izləyərkən ədəbi-mədəni əlaqələrin, xüsusən yaradıcılıq əlaqələrinin çox qədim tarixə malik olduğunun bir daha şahidi olu­ruq. 20-ci illərdə ədəbi-mədəni əlaqələrin özünə məxsus formaları və xüsusiyyətləri var idi. Araşdırmalar göstərir ki, 20-30-cu illərin inzibati-amirlik şəraitində yaradıcı ziyalıların əlaqələrinin yaranması və inkişafı çox tərəfli formalarda təzahür edirdi. Bu əlaqələr 20-ci illərdən başlayaraq yeni istiqamət, yeni forma almışdı. Elə bu dövrdən yaradıcılıq əlaqələri bir problem kimi ədəbiyyatşünaslığın və tarixşünaslığm tədqiqat obyektinə çevrilmişdi. Əsas məqsəd isə yaradıcı ziyalıların əlaqələrini tədqiq etməklə bu əlaqələrin genişlənməsinə zəmin yaradan amillərin əsas cəhətlərini, komponentlərini açıb göstərməkdir. 1920-ci ilin yazından sovetləşmənin sürətlə getməsinə paralel olaraq Azərbaycan ziyalılarım yeni sovet ideologiyasına «uyğunlaşdırmaq» üçün ciddi «tədbir­lər» görülürdü. Bir tərəfdən yaradıcılığında sovet həyat tərzini əks etdirməyən yazıçılan cəmiyyətdən uzaqlaşdırır, digər tərəfdən də yazıçı ziyalıların guya savadlannı, dünya görüşlərini «artırmaq» üçün mərkəzə- Moskvaya göndərirdilər. Belə bir şəraitdə Bakıda kommunist ideologiyasına uyğun əsərlər daha fəal təbliğ və tərcümə olunurdu.

Baxış: 818