Arxiv
2024 Solmaz Azay qızı Sadıqova
Bakı Dövlət Universiteti
İRƏVAN XANLIĞINA DAİR İLKİN MƏNBƏLƏRİN SAHƏ MÜTƏXƏSSİSLƏRİNİN İNFORMASİYA TƏMİNATINDA YERİ
Açar sözlər: İrəvan xanlığı, ilkin informasiya mənbələri, tələbatçılar, informasiya təminatı, sahə mütəxəssisləri
Key words: Iravan khanate, primary sources of information, consumers, information provision, field specialists
Ключевые слова: Иреванское ханство, первоисточники информации, потребители, информационное обеспечения, специалисты отрасли
Müasir cəmiyyətdə maddi, xammal, enerji, əmək və maliyyə resursları ilə yanaşı, informasiya resursları da mövcuddur. İnformasiya resurslarından başqa, istənilən resurs işləndikcə yox olur. Məsələn, yanacaq yanıb qurtarır, maliyyə vəsaiti xərclənir və s. İnformasiya resursu isə “bitib tükənmir”, ondan çoxlu sayda istifadə etmək mümkündür (1). Belə informasiya resurslarından biri də İrəvan xanlığına həsr olunmuş ilkin informasiya mənbələridir. Ümumiyyətlə, informasiya resurslarının iki növü var. İlkin informasiya resursları və ikinci dərəcəli informasiya resursları. İnformasiya resurslarına dair bu sətirlərin müəllifinin bir sıra elmi əsərləri çap olunmuşdur. Onlardan bəzilərini qeyd etmək olar (1; 2; 3).
MƏQALƏNİ YÜKLƏ
[180.45 Kb] (yüklənib: 24)
Baxış:
940