Arxiv
2024 Əşrəf Məmmədli,
Az.ETBl-nin ekologiya, sanitarıya və yoluxmayan
xəstəliklər laboratoriyasının müdiri,
baytarlıq elmləri namizədi
İNƏK VƏ CAMIŞLARIN ƏMCƏKLƏRİNİN DEZİNFEKSİYASI
Heyvanların yelin xəstəlikləri-mastitlər çox geniş yayılmış və heyvandarliq təsərufatlarma böyük iqtisadi zərər verir. Odur ki, onlara qarşı elmi əsaslara söykənən kompleks mübarizə tədbirlərinin işlənib hazırlanması və tətbiq edilməsi heyvandarlığın əsas problemlərindən biridir. Mastitlərə qarşı ilk növbədə profilaktika tədbirləri elə əhatəli və çox şaxəli olmalıdır ki, bilavasitə südün kəmiyyət və keyfiyyətinə mənfi təsir edən bu xəstəliyin mastitlərin heyvanlar arasında yayılmasına şərait yaranmasın. Bu qəbildən olan tədbirlər həddən artıq çoxdur. Onlardan biri də yelinin əmcəklərinin dezinfeksiyaedici maddələrlə sanitar işlənməsidir. Əmcəklərin dezinfeksiyası heyvandarlığın inkişaf etdiyi bir çox ölkələrdə çox geniş istifadə edilir.
MƏQALƏNİ YÜKLƏ
[1.6 Mb] (yüklənib: 24)
Baxış:
803