Arxiv
2024 Jalə Qənbərli,
ADU, İspan dili kafedrasının baş müəllimi
İSLAM ŞƏRQİNİN ORTA ƏSR İSPAN ƏDƏBİYYATINDA ROLU “SİD HAQQINDA NƏĞMƏ”
Tarixin sm aqlarından uğurla çıxan orta əsr İspaniyası çox böyük tarixi və siyasi hadisələrlə zəngindir. Bu hadisələr İspan ədəbiyyatından yan keçməyə rok, omm gələcək inkişafında həlledici rol oynamışdır. Beləki 711-ci ildə Şimali Afrikadan ərəb tayfaları olan bərbərlərin (mavrlar) Priney yanmadasına daxil olması .Vestqot krah Rodriqonun qoşunlarının darmadağın edilməsi ilə nəticələndi. Qısa bir müddət ərzində Kontabriya dağlan arsmda yerləşən Asturiya krajlığmı çıxmaq şərti ilə İspaniyanın bütün ərazisi ərəblərin İxtiyarına keçdi. İlk öncə ərəblərin istilası altından biitün ərazilər mərkəzi Damaskda yerləşən Xilafətin tabeçiliyində olsa da, çox tezliklə müstəqil Kordova əmirliyi,bir qədər sonra isə bütün istila edilmiş ərəb torpaqlarini öz hakimiyyəti altında birləşdirən Kordova xilafəti yarandı. Kordova çox tezliklə Avropanin ən qüdrətli dövlətlərindən birinə çevrilərək,diger Avropa dövlətləri ilə sıx əməkdaşlıq etməyə başladı. Kordova dövrünün ən güzel şəhərlərindən birinə çevrildi.Onun şair və alimlərinin şöhrəti isə bütün Avropaya yayıldı. Ərəblərin Piriney yarımadasını ələ keçirməsi yalmz tarixi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb etmir.Çinki de.nək olar ki,8. əsr ərzində burda iki fərqli dünya,iki fərqli mədəniyyət xristian Qərbi ve müsəlman Şərqi yaşayır və inkişaf edirdi. Ərəblərin İspaniyaya hücumu yalnız istila ilə nəticələnmədi,bu istila ispan xalqına böyük tövhələr verdi. Belə ki,xilafət bütün vasitələrlə burada elmin müxtəlif sahələrinə,xüsusəndə ədəbiyyatın inkişafına böyük təkan verdi. Fikrimizi əasalandırmaq üçün deyək ki, X əsrdə Xəlifə II Əl Hakamın Kordovada yerləşən şəxsi kitabxanasında 400 mindən çox kitab vardı ki,onların içərisində yunan və roma alimlərinin əsərləri həm orijinal,həm də tərcümə variantlarında saxlanılırdı. Məhz ərəblərin sayəsində bütün Avropa Aristotel ve Platonun doktrinalarının təhrif deyil,orijinal formaları ilə tanış olmuşlar. Universitetlərin ve digər təhsil ocaqarmm yaranması da məhz bu dövrlərə aiddir. Ərəblər İspaniyaya özləri ilə birlikdə gözəl poeziya da gətirmişlər. Məlum olmuşdur ki,İspan lirik poeziyası məhz ərəb lirik poeziyasının təsiri altında formalaşmışdır.
MƏQALƏNİ YÜKLƏ
[631.64 Kb] (yüklənib: 32)
Baxış:
1 032