Arxiv
2024 Jalə QƏMBƏRLİ,
ADU-nun baş müəllimi
ORUC BƏY BAYAT, YOXSA PERSİYALI DON XUAN?
Respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan tarixinin, ədəbiyyatının dalıa dərindən öyrənilməsi, xalqımızın unudulmuş övladlarının üzə çıxardılması çağdaş elmimizin diqqət mərkəzində duran, problemlerindəndir. Xalqımızın belə övladlarından biri də son dərəcə maraqlı və macəralarla zəngin həyat yaşamış son vaxtlara qədər Avropada Persiyalı Don Juan və ya Persiyalı Don Xuan adı ilə tanınmış Oruc bəy Bayatdır.
1599/1601 Səfəvi səfirliyinin katibi kimi İspaniyaya getmiş Oruc bəy Qızılbaşların Bayat tayfasından olan Sultanəli beyin oğlu olmuşdur. Sultanəli bəy sarayın sayılan şəxslərindən biri olaraq Məhəmməd Xudabəndinin və onun oğlu Həmzə Mirzənin ən çətin və məsuliyyətli tapşırıqlarını yerinə yetirmiş və döyüşlərin birində qəhrəmanlıqla həlak olmuşdur.
1590-cı ildə Səfəvi dövləti Osmanli imperiyası ilə sülh bağlamaq məcburilərində qalır və müqaviləyə əsasən Şərqi Gürcüstan, Ermənistan, Kürdüstan və demək olar ki,bütün Azərbaycan Osmanlı imperiyasının hakimiyyəti altına keçir. Lakin bütün bunlara baxmayaraq, Şah Abbas hökuməti torpaqları geri qaytarmaq fikrindən əl çekmir və yeni müharibəyə başlamaq üçün hazırlıq görür. Mehz elə bu dövrdə İsfahana məşhur Şerli qardaşları gəlir və Şah Abbasla görüşləri zamanı onu Avropadan dayaq almaq üçün oraya nümayəndə heyəti fikri ilə razı salmağa çalışırlar. Və artıq Avropa dövlətləri üçün də təhlükəyə çevrilən Osmanlı imperiyasına qarşı Avropa dövlətləri ilə Səfəvi dövlətinin maraqlan obyektiv baxımdan üst-üstə düşdüyü üçün Şah Abbas bu fikirlə razılaşır. Səfirliyin başında Hüseynəli bəy dururdu və bu səfər zamanı onu dörd katib yə on beş qulluqçu müşayet edirdi. Səfirliyin birinci katibi isə Oruc bəy Bayat teyin edilir,
MƏQALƏNİ YÜKLƏ
[439.34 Kb] (yüklənib: 36)
Baxış:
1 091