Arxiv
2024 R.Məmmədova
ADU-nun “İspan dili kafedrası ”nın baş müəllimi
İSPAN DİLİNDƏ MÜƏYYƏN VƏ QEYRİ MÜƏYYƏN ARTİKLLƏRİN
İŞLƏDİLMƏSİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ
Dünyanın bir çox dillərində olduğu kimi, müasir ispan dilində də müəyyən artiklin rolu və işlədilməsi mühüm əhəmiyyət kəsb edir. Bir çox ispan alimləri artiklin, xüsusən də, müəyyən artiklin işlədilməsinin xüsusiyyətlərini tədqiq etmişlər.
Qeyd etmək lazımdır ki. artikl təklikdə heç bir leksik mənadaşımayan, ismə aid olan və onu kəmiyyətə və cinsə görə müəyyənləşdirən formal bir köməkçi sözdür, ispan dilində artikl-ismin müəyyənliyini və ya qeyri müəyyənliyini semantİk kateqoriyasım bildirir. Bu kateqoriya-vasitəsi ilə haqqında danışılan ismin hansı cinsə aid olduğu müəyyən olunur.O, həmçinin, ismin qrammatik kateqoriyasım (cins və kəmiyyət) və digər nitq hissələrinin isimləşməsini bildirir.
MƏQALƏNİ YÜKLƏ
[672.89 Kb] (yüklənib: 21)
Baxış:
711