Arxiv
2024 Aynur QULİYEVA,
ADU-nun dissertantı
«YÜZ İLİN TƏNHALIĞI» ROMANININ Q.MARKES YARADICILIĞINDA YERİ
1967-ci ildə çapdan çıxan bu romanı Pablo Neruda «Don Kixot»dan sonra ispan dilində yazılan ən yaxşı əsər adlandırıb. Yazıçının vətənində «Yüz ilin tənhalığı» bir o qədər yaxşı qarşılanmamışdı, ona qədər yazıçının özünün dediyi kimi «dörd şagird dəflərinin», yəni artıq dörd kitabın müəllifi olan Q.Markesi adi, «sıravi» ədiblərdən sayırdılar. Lakin, roman Avropada, daha doğrusu, Fransada çap olunandan sonra tənqidçilər, ədəbiyyatşünaslar belə bir romanı kimin yazdığı ilə maraqlanır, istər forma, istər məzmun cəhətdən qeyri-adi, gözlənilməz təsir bağışlayan bu romanın müəllifini, onun yaradıcılığını daha yaxından tanımağa, cəhd göstərirdilər. Tanınmış, bu gün Cənubi Amerika ədəbiyyatının fəxri sayıla biləcək bir çox məşhur yazıçılar kimi Qabriel Markesə də şöhrət Avropadan gəldi. Parisin ədəbi mühiti olmasaydı, bu gün qələminin qüdrəti ilə öyün düyümüz Q.Markes bəlkə də olmazdı. Çünki, 1952-ci ildə Q.Markes “Xəzəl yarpaqlar» romanını Argentinanın “Losada” nəşriyyatına göndərmişdi və 20-30-cu illər ispan avanqardçılarımn nəslindən olan bir yazıçı həmin romana mənfi rəy yazıb gənc müəllifə bu günkü dünya şöhrətli Q.Markesə yazıçılığı bir qırağa qoyub, başqa bir sənətin qulpundan yapışmağı məsləhət görmüşdü.
MƏQALƏNİ YÜKLƏ
[1.59 Mb] (yüklənib: 17)
Baxış:
838