Arxiv
2024 DOI: 10.36719/AEM/2007-2019/47/146-149
Zərəfşan Babakərim qızı Azayeva
Kifayət Əliqamət qızı Dolxanova
Turac Cəlaləddin qızı Əhmədova
Bakı Slavyan Universiteti
TƏLİM PROSESİNDƏ KOMPYUTER TEXNOLOGİYALARINDAN İSTİFADƏ
Açar sözlər: texnologiya, kompüter, məsələ, kodoskop, Informasiya, didaktik imkan
Key words: technology, computer, task, kodoscope, information, didactic opportunities
Ключевые слова: технологии, компьютер, задача, кодоскоп, информация, дидактические возможности
Müasir dövrdə təhsil sistemində yeni texnologiyaların tətbiqi artıq cəmiyyətin zəruri tələblərindən birinə çevrilmişdir. Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı və onların elmin, istehsalatın müxtəlif sahələrində tətbiqi ümumtəhsil məktəblərində ayrı-ayrı fənnlərin tədrisi məsələlərində bir sıra dəyişikliklərə zərurət yaratdığından ibtidai siniflərdə fənnlərin tədrisinə yeni aspektdən yanaşmaq qarşıda duran əsas vəzifələrdəndir. Hazırda interaktv təlim metodları yaranmış və elmin bütün sahələrində olduğu kimi tədris prosesində də geniş istifadə olunur. İnteraktiv təlim metodları kompyuterlərin tətbiqi ilə əlaqədardır və təcrübə göstərir ki, ondan ibtidai siniflərdə istifadə etmək daha məqsədə müvafiqdir. Şagirdlərin fundamental elmlərin əsaslarını öyrənmələrinə elə nail olunmalıdır ki, onlar lazımi biliklərə müasir yanaşma vasitələri ilə sahib olsunlar.
MƏQALƏNİ YÜKLƏ
[180.6 Kb] (yüklənib: 102)
Baxış:
1 300