Arxiv
2024 DOI: 10.36719/AEM/2007-2019/47/143-145
Ramazan Əzizxan oğlu Eyyubov
Teyyubə Məzahim qızı Abışova
Aynurə Oqtay qızı Binnətova
Bakı Slavyan Universiteti
İBTİDAİ SİNİFLƏRDƏ MƏSƏLƏ HƏLLİNİN ÖYRƏDİLMƏSİ YOLLARI
Açar sözlər: ibtidai sinif, şagird, məsələ həlli, məchul, tənlik
Key words: elementary school, pupil, problem solving, unknown, equation
Ключевые слова: начальная школа, ученик, решение проблем, неизвестное, уравнение
Məlumdur ki, şagirdlərin tənliklə tanış edilməsi məsələ həlli ilə başlanır. Məsələdə verilən ədədlərə görə məchul ədədin tapılması üçün, məchul ədədlə verilən ədədlər arasında müəyyən münasibət yaratmaq lazımdır. Həmin münasibət ilk mərhələdə toplama və çıxma əməlləri ilə bağlı olur. Alınan bərabərliyi ödəyən ədədin axtarılması şagirdi yaradıcı axtarışa cəlb edir. Alınan cavabın yoxlanılması da şagirdin həmin əməli şüurlu surətdə başa düşməsinə də kömək edir. Nəhayət, məsələnin məzmunu əsasında tənliyin qurulması- adi dildən riyazi dilə keçməyi yəni məsələdəki prosesin riyazi simvollarla ifadə edilməsi- riyaziyyat təliminin ən mühüm məqsədlərindən biridir. Şagird ədədi ifadənin qiymətini hesablayarkən, ədədin tərkibi haqqında biliklərdən və ya hesablama üsullarından (artırmaq, azaltmaq və s.) istifadə edə bilər. Sonrakı mərhələdə tənliklərin həlli əməlin nəticəsi ilə komponentləri arasındakı asılılığa əsaslanır. İbtidai siniflərdə “tənliyin tərifi”, “tənliyin kökü” anlayışları işlədilmir.
MƏQALƏNİ YÜKLƏ
[177.95 Kb] (yüklənib: 340)
Baxış:
4 225