Arxiv
2024 DOI: 10.36719/AEM/2007-2019/47/140-142
Kifayət Əliqamət qızı Dolxanova
Bakı Slavyan Universiteti
KT-IN VƏ İNNOVATİV TEXNOLOGİYALARIN TƏHSİLDƏ YERİ VƏ ROLU
Açar sözlər: innovativ texnologiya, təhsil prosesi, İKT, təlim prosesləri, İnnovativ Təhsil Proqramı
Key words: innovative technology, educational process, ICT, learning processes, innovative educational program
Ключевые слова: инновационные технологии, образовательный процесс, ИКТ, учебные процессы, инновационная образовательная программа
Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsi, onun dünya standartlarının tələbləri səviyyəsinə çatdırılması bu gün ən önəmli məsələlərdən biridi. Buna görə respublikamızda təhsil sektorunda qazanılmış uğur və nailiyyətlərin öyrənilib ümumiləşdirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. İlk növbədə təlim-tərbiyə sahəsində irəliləyişlərin mahiyyət və məzmununu öyrənmək, təhsilin mövcud durumunu müəyyənləşdirmək və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nələrin əldə olunduğunu və gələcək üçün hansı imkanların yarandığını meydana çıxarmaq lazımdır. İlkin araşdırmalar göstərir ki, Respublikamızda istər müəllimin fəaliyyətinin, istərsə də təhsil ocaqlarının fəaliyyətinin cəmiyyətin ehtiyac və tələblərinə uyğun qurulması şəxsiyyətin formalaşdırılması, təhsilin idarə olunması eləcə də təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi sahəsində xeyli təcrübə toplanmışdır. Məhz buna görə də həmin materialları vahid bir formaya gətirərək onlardan geniş istifadə olunması təhsil sistemimizin yenidən qurulması baxımından böyük əhəmiyyət daşıyır. (6)
MƏQALƏNİ YÜKLƏ
[171.48 Kb] (yüklənib: 28)
Baxış:
945