Arxiv
2024 DOI: 10.36719/AEM/2007-2019/47/32-35
Zərifə Bayram qızı Məmmədova
Azərbaycan Tibb Universiteti
MÜTALİƏ İNSANI KAMİLLƏŞDİRİR
Açar sözlər: mütaliə, kitab, valideyn, kitabxana,
Key words: reading, book, parent, library
Ключевые слова: чтение, книга, родитель, библиотека
Mütaliə bütün insanların, o cümlədən gənc nəslin tərbiyəsində mühim əhəmiyyət kəsb edir. Məlumdur ki, bədii əsərlər oxucunun hisslərinə, şüuruna və davranışına güclü təsir göstərir. İnsanlar bədii ədəbiyyatın köməyi ilə bir sıra həyat hadisələrini daha yaxşı mənimsəyir və onun mahiyyətini düzgün anlayırlar. Mütaliə edilən hər bir kitab oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır, marağını, mənəvi tələbatını ödəyir. Nəticədə onun şəxsiyyət kimi formalaşmasına kömək edir. O da danılmaz faktdır ki, kiçik yaşlarından kitaba olan maraq uşaqları, yeniyetmələri, həmçinin gəncləri həyat həqiqətlərini dərk etməyə sövq edir və ardıcıl davam edən bu hallar onlarda mütaliə mədəniyyətini inkişaf etdirir.
MƏQALƏNİ YÜKLƏ
[166.26 Kb] (yüklənib: 43)
Baxış:
1 053