Arxiv
2024 DOI: 10.36719/AEM/2007-2019/47/17-19
Mehriban Ələbbas qızı Abdullayeva
Bakı Slavyan Universiteti
CÜMLƏNİN AKTUAL ÜZVLƏNMƏSİNDƏ SÖZ SIRASININ ROLU
Açar sözlər: leksika, qorqudşünaslıq, dastan, arxaizm, fel-ad sinkretizmi
Key words: lexics, Qorqud history, epos, archaism, syncretism of the verb-name
Ключевые слова: лексика, коркудоведение, эпос, архаизм, синкретизм глагола-имени
Bildiyimiz kimi, Qorqudşünaslıqda “qanlu” arxaizmi öz məna açımı mübahisəli olan sözlərdən biridir. Müasir dilimizdə bu söz mənşəcə “qan” sözü ilə bağlı olub, əsasən, “qana batmış, qana bulaşmış” və məcazi formada “qatil, düşmən” anlamında çıxış edir [Daha ətraflı bax: 2]. Lakin “Kitabi Dədə Qorqud” dastanlarının dilində bu düzəltmə sözə fərqli bir mənalarda rast gəlinir. Məsələn:
1) Varuban Peyğəmbərin yüzini görən, gəlübəni Oğuzda səhabəsi olan, acığı tutanda bıqlarından qan çıqan, Bığı qanlu Bügdüz Əmən çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” – dedi [5, 52];
2) Gördülər kim, bu gəlin kişinin qılıcının balçağı qanlu, oğlı görünməz [5, 84];
3) Dirsə xanın xatunı “oğlancığımın ilk avıdır” deyü, atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırdı,“Qanlu Oğuz bəglərin toylayayum”, – dedi [5, 41];
4) Qanlu quyruq üzüb çap-çap yudan... [5, 48];
5) Qanlu-qanlu irmaqlar qarıyubdur suyı gəlməz [5, 51].
MƏQALƏNİ YÜKLƏ
[175.94 Kb] (yüklənib: 21)
Baxış:
915