Arxiv
2024 Yaqubova Cahidə Etibar qızı
Azərbaycan, Bakı şəhəri
NƏBİ XƏZRİNİN “SALATIN” POEMASINDA FOLKLOR ƏNƏNƏLƏRİ
Açar sözlər: Nəbi Xəzri, müqayisə, folklor ənənələri, qəhrəmanlıq, Burla xatun, Humay quşu
Key words: Nabi Khazri, comparison, folklore tradition, heroism, Burla khatun, Humay bird
Ключевые слова: Наби Хазри, сравнение, фольклорные традиции, героизм, Бурла Хатун, Жар-птица
Azərbaycan ədəbiyyatının görkəmli ustad sənətkarı Nəbi Xəzrinin ədəbiyyat aləminin zənginləşməsində, müasir şairlərimizin kamilləşməsində rolu böyükdür. Yaradıcılığında şifahi xalq ədəbiyyatına müraciət etsə də, müasir folklorşünaslığa uyğunlaşdırmışdır. Şair tarixi əsər yazarkən hadisəni, dövrün ruhunu dolğun şəkildə təsvir etməyi özü üçün məqsəd qoyur. Hər bir vətəndaş kimi ölkədə baş verən narahatlıqlar, çaxnaşmalar onu da düşündürür. Həsrət, iztirab, gerçəklər olduğu kimi əks edilir. Folklor qaynaqlarından yetəri qədər istifadə edərək yazılan “Salatın” poeması real həyat hadisələri əsasında qələmə alınıb. Baş qəhrəman Azərbaycanın şəhid jurnalist qadını Salatın Əsgərovaya həsr olunub.
MƏQALƏNİ YÜKLƏ
[185.64 Kb] (yüklənib: 70)
Baxış:
1 131