Arxiv
2024 Süleymanova Fatma Qoşqay qızı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
SOSİALİST REALİZMİ DÖVRÜNDƏ AZƏRBAYCAN RƏSSAMLARININ
YARADICILIĞINDA XƏZƏR MÖVZUSU (tezislər)
XX yüzilliyin 20-30-cu illərində Sovet İttifaqı sənaye dövləti kimi formalaşırdı. Bu illərdə bütün ölkə boyu, eləcə də Azərbaycanda çoxlu sayda zavod və digər sənaye obyektləri inşa edilirdi. Neft sənayesinin strateji məhsul kimi əhəmiyyəti nəzərə alınaraq daim ön sıralarda idi.
Sosialist realizmi üslubu akademizm və realizmin sintezini, başqa cür desək, realist rəssamların yaratdığı ənənələri nəzərdə tuturdu. İncəsənətin bütün sahələrində bu üslub hər şeydən üstün idi.
Ölkə həyatında baş verən ictimai və iqtisadi dəyişikliklər sovet dövrü təsviri sənətində xüsusi xarakter əldə etdi. Bu dəyişikliklər təsviri sənətin növlərindən olan rəngkarlıqda da öz əksini tapdı.
MƏQALƏNİ YÜKLƏ
[145.67 Kb] (yüklənib: 26)
Baxış:
843