Arxiv
2024 Əmirov Hüseyn Baloğlan oğlu
Bakı Avrasiya Universiteti
TAP VƏ TANAP LAYİHƏLƏRİ VƏ TÜRKİYƏ CÜMHURİYYƏTİ
Açar sözlər: Cənub Qaz Dəhlizi, TAP, TANAP, Azərbaycan, Türkiyə
Key words: Southern Gas Corridor, TAP, TANAP, Azerbaijan, Turkey
Ключевые слова: Южный газовый коридор, ТАП, ТАНАП, Азербайджан, Турция
3500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi(CQD) boru xətti 3 hissədən ibarətdir:
1. Cənubi Qafqaz Boru xətti;
2. Trans Anadolu boru kəməri;
3. Trans Adriatik boru kəməri. (1)
CQD Azərbaycanın Şahdəniz II yatağından çıxan qazın Türkiyə vasitəsilə Avropaya daşınmasını nəsərdə tutan bir layihədir. Xəzər hövzəsindən Avropaya doğru uzanan CQD Avropa ölkələrinin təbii qaz asılılığının aradan qaldırılması və enerji təhlükəsizliyi baxımından çox mühüm bir layihədir.
2018-ci ilin 29 mayında CQD-nın rəsmi açılışı oldu. Azərbaycanın enerji siyasətinin möhtəşəm uğuru olan CQD Azərbaycanın 1994-cü ildən həyata keçirdiyi enerji siyasətinin məntiqi nəticələrindən biri və həm uğurlu davamıdır. Açılı mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək qeyd edib ki, “Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firəvan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.” (2)
MƏQALƏNİ YÜKLƏ
[167.39 Kb] (yüklənib: 28)
Baxış:
891