Arxiv
2024 Abbaslı Türkan Qoca qızı
Bakı Avrasiya Universiteti
«ABİDOS GƏLİNİ» POEMASINDA SƏLİM ROMANTİK QƏHRƏMAN KİMİ
Açar sözlər: romantik, intiqam, azadlıq, Səlim, Şərq
Key words: romantic, revenge, freedom, Selim, East
Ключевые слова: романтик, месть, свобода, Селим, Восток
Bayronun dünyagörüşündəki ziddiyyətlər- fərdiyyətçilik, ümidsizlik, ekzotikaya aludəçiliklə yanaşı, üsyankar ruh, azadpərvərlik, məzlum xalqlara rəğbət hissi yaradıcılığının əsas xüsusiyyətləri olmuş, yaratdığı obrazlarda da öz əksini tapmışdır. Bayron şəxsiyyətə çox önəm vermiş, buna əsasəndə az sayda obrazlar yaradaraq əsərin bütün anlamını həmin şəxsiyyətlər vasitəsilə ifadə etmişdir. Bayronun yaratdığı əsas qəhrəmanlar tək mübarizə aparır, sonda elə bu mübarizədə öldürülürdülər. Buna görə də, bu qəhrəmanlar ədəbiyyatda «Bayronik qəhrəman» adlandırılırdı. «Abidos gəlini» əsərinin «Bayronik qəhrəman"ı Səlim idi. Şair bu poemasında Səlimin nitqinə daha çox yer vermişdir. Əsərdəki əsas hadisələr- azadlıq mübarizəsi, intiqamın alınması, sevgiliyə qovuşmaq istəyi bütün bunlar hamısı Səlimin ətrafında cərayan edirdi. İngilis, bir xristian olmasına baxmayaraq, Bayronun yaratdığı bu qəhrəman əsl müsəlman, bir türk idi.
MƏQALƏNİ YÜKLƏ
[172.46 Kb] (yüklənib: 276)
Baxış:
2 525