Arxiv
2024 Cabbarova Solmaz Rafiq qızı
Naxçıvan Dövlət Universiteti
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR YARADICILIĞINDA VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ
Açar sözlər: Vətən, ana dili, adət-ənənə, tərbiyə, ailə, dəyər.
Key words: Homeland, mother tongue, tradition, upbringing, family, value.
Ключевые слова: Родина, родной язык, традиции, воспитание, семья, ценность
Məhəmmədhüseyn Şəhriyar İranda, Araz çayı boyunca o tay və bu taya bölünmüş Azərbaycanda və bütün türk dünyasında sevilən, XX əsrin dahilərindən biri kimi dəyərləndirilən ustadımızdır. Ana dilində və farsca yazılmış şeirləri ilə o, hələ öz sağlığında klassiklər səviyyəsinə qalxmışdır. Şəhriyar həm də xalq şairidir. Onun yazdığı əsərlərində xalq, millət təəssübkeşliyi, vətən, yurd, qardaş həsrəti, doğma dil sevgisi özünü bariz şəkildə göstərmişdir. Azər¬baycanın iki hissəyə bölünməsi ilə ayrılıq həsrətində yaşayan insanların dərdinə şərik olmuş şair hər bir misrasında bunu özünəməxsus şəkildə anlatmağa çalışmışdır.
MƏQALƏNİ YÜKLƏ
[160.55 Kb] (yüklənib: 56)
Baxış:
974