Arxiv
2024 Qarayeva Ramilə Kamran qızı
Azərbaycan Dillər Universiteti
İNKARLIQ KATEQORİYASININ DİL SİSTEMİNDƏ YERİ
Müəllif: Qarayeva Ramilə Kamran qızı
Açar sözlər: inkarlıq kateqoriyası, məntiqi inkarlıq, mononeqativ, polineqativ
Key words: negation category, logical negation, mononegative, polynegative
Ключевые слова: категория отрицания, логическое отрицание, мононегативность, полинегативность
Məlumdur ki, dildə olan bir sıra kateqoriyalar universal xarakter daşıyır. Həmin kateqoriyalara əksər dillərdə mövcud olan təsdiqlik və inkarlıq, təsirlik-təsirsizlik, müəyyənlik-qeyri-müəyyənlik, modallıq və s. kateqoriyalar daxildir.
İnkarlıq universal bir kateqoriyadır. İfadə vasitələrinin zənginliyinə, əhatə dairəsinin genişliyinə görə inkarlıq kateqoriyasının qrammatik kateqoriyalar içərisində xüsusi bir yeri vardır.
Demək olar ki, inkarlıq problemi ümümi dilçiliyin mühüm problemlərindən biridir. Buna görə də müasir dilçilikdə inkarlıq kateqoriyası bir çox tədqiqatçıların diqqət mərkəzindədir. Son illərdə ayrı-ayrı dillərin materialları əsasında inkalıq kateqoriyasının mahiyyəti və onun ifadə vasitələri barədə dilçilikdə çoxlu elmi əsərlərin, monoqrafiyaların, dissertasiyaların yazılmasına baxmayaraq, hələ də bu problem haqda dilçilikdə vahid bir fikir yoxdur. Məhz buna görə də bu mövzuya bütün dövrlərdə müraciət olunub.
MƏQALƏNİ YÜKLƏ
[133.07 Kb] (yüklənib: 154)
Baxış:
1 850