Arxiv
2024 Əliyev Əli Umud oğlu
ADPU-nun Ağcabədi filialı
SÖZ VƏ MƏNTİQİ DÜŞÜNCƏ
Açar sözlər: söz, düşüncə, ana dili, məntiqi yük
Keywords: word, thought, native language, mental load, the weight of the spirit
Ключевые слова:слово, мышление, родной язык, логическая нагрузка
Düşüncənin inkişafi söz ehtiyyatının çoxluğundan, ünsiyyət vasitəsi olan dildən asılıdır. Odur ki, milli dil xəzinəmizdə elə söz və ifadələr, rəvayətlərlə bağlı bayatılar var ki, onlar çox boyük və dərin məntiqi yükə malikdir. Onların məna açımını, çözümünü və şərhini verdikcə ana dilimizin incə çalarlara kökləndiyinin şahidi oluruq.
Sözün məna anlamının müxtəlifliyi və işlənmə məqamlarının münasibliyi X-XI əsr ədəbi nəzəri fikrində də öz əksini tapmışdır. “Qabusnamə” əsərində belə bir deyim diqqəti cəlb edir: “...söz dörd cürdür: birini nə bilərlər, nə deyərlər, birini həm bilərlər, həm də deyərlər, birini deyərlər, lakin bilməzlər, birini bilərlər, lakin deməzlər. Bu dörd növ sözün hərəsinin iki üzü vardır: biri gözəl, biri çirkin”. (2, 45)
MƏQALƏNİ YÜKLƏ
[164.47 Kb] (yüklənib: 28)
Baxış:
1 114