Arxiv
2024 L.V.Abduyeva
Bakı Mühəndislik Universiteti
Bakı Mühəndislik Universiteti
SOYUQ MÜHARİBƏDƏN SONRA ABŞ-ın QARA DƏNİZ STRATEGİYASI
Açar Sözlər: Qara Dəniz,ABŞ,Rusiya Federasiyası,Yeni Dünya Nizamı,NATO
Key Words: Black Sea, USA, Russian Federation, New World Orde, NATO
Ключевые слова: Черное море, США, Российская Федерация, Новый мировой порядок, НАТО
Qaradəniz, müasir geosiyasi nəzəriyyələrə görə, əhəmiyyətli bir bölgə mövqesindədir. Çünki Mackinderin "quru hakimiyyət nəzəriyyəsi"nə görə, "mərkəzi" regiona ən asan nəqliyyatı təmin edəcək mövqedə olan Qaradəniz, Spykmanın nəzəriyyəsi görə də Avropanı Orta şərq və Asiyaya bağlamaqdadır.Huntingtonun "sivilizasiyalar qarşıdurması" tezisində,Müsəlman dünyası ilə Ortodoks dünyasını bir-birindən ayıran xəttin Qaradənizdən keçdiyini bildirmişdir.[1]
90- cı illərdə avropa-Atlantik dünyası, diqqətini Şərq və Orta Avropa ölkələrinin inteqrasiyasına çevirmişkən, Qaradəniz ikincil bir əhəmiyyətə sahib idi. Ancaq 2000-ci illərdə artıq dəyişən qlobal və regional dinamiklərin yeni siyasi və təhlükəsizlik məsələlərinə səbəb olması Qaradənizin əhəmiyyət qazanmasına gətirib çıxardı. 11 Sentyabr hücumlarının ardından transatlantik təhlükəsizlik mərkəzi Orta və Şərqi Avropadan "Böyük Orta Şərq" və "Geniş Qaradəniz" bölgələrinə keçdi.
MƏQALƏNİ YÜKLƏ
[178.66 Kb] (yüklənib: 27)
Baxış:
856