Arxiv
2024 N.R.Mədətova
Azərbaycan Dillər Universiteti
milagro2005@rambler.ru
Azərbaycan Dillər Universiteti
milagro2005@rambler.ru
İSPAN DİLİNDƏ QEYRİ-MÜƏYYƏNLİK BİLDİRƏN LEKSİK DİL VAHİDLƏRİ VƏ ONLARIN
AZƏRBAYCAN DİLİNDƏ ADEKVAT QARŞILIĞI HAQQINDA
Açar sözlər: artikl, isim, qeyri-müəyyənlik, kateqoriya, əvəzlik, say.
Key words: article, noun, indetermination, category, pronoun, numeral
Ключевые слова: артикль, существительное, неопределенность, категория, местоимение, число
İnsanlar ilk ünsiyyətə girdikləri dövrdən etibarən sözün gücünü dərk etmiş və onu öyrənməyə səy göstərmişlər. Sözün sehrini onda gördülər ki, insanı əhatə edən hər bir əşya,hal,vəziyyət, xassə, hərəkəti onunla ifadə etmək və tərəf müqabilinə çatdırmaq mümkündür. Belə müşahidələr qədim alimlərin, hətta bizim eradan əvvəl belə, diqqətini söz haqqında söz deməyə, onları təsnif etməyə yəni qrammatik bölgü verməyə cəlb etmişdir.[3,112] Bizim eradan əvvəl 384-322-ci illərdə yaşamış Aristotel dilin qrammatikasını yaratmış,əsas üç nitq hissəsi aşkarlamışdı: isim, fel, bağlayıcılar. Bu məşhur filosof qrammatikanı da həm dil, həm də məntiqi yanaşma baxımından öyrənmişdir: fellər bağlayıcılar və ya hal şəkilçiləri vasitəsilə isimləri idarə edərək söz birləşmələri yaratmış, cümlə səviyyəsinə tez qalxmağa imkan açmışdır. Bizim e.ə 217-155-ci illərdə İsgəndəriyyə məktəbinin dilçi nümayəndələri nitq hissələrinin təsnifatını yaratmış və məhz bu zaman öz təsnifatlarında morfoloji və semantik prinsiplərin əsasını qoymuşlar. Onların fikrincə hər bir söz əhatəsində olduğu dil vahidiylə təkcə qrammatik cəhətcə uzlaşmır həm də semantik cəhətdən tamamlanır, hər hansı bir anlayışın göstəricisinə çevrilir. Hələ ilk dövrlərdən isim və artillər, isim və bağlayıcılar hansısa məntiqi bir kateqoriyanın reallaşmasına qulluq etmişlər. Əsrlər ötsə də hər hansı bir dilin qramatik sxemi ilkin formasını saxlamaqla məzmunca yeniləşir, inkişaf edir, araşdırılır, başqa elmlərlə əlaqəsi təhlil edilir. Demək, sözün xüsusiyyətini müəyyənləşdirmək hələ qədim dövrlərdən əası qoyulan iki kriteriya meyar götürülür: sözün semantik tərəfi və onun morfoloji(formal) tərəfi. Bu kriteriyalar iki olsa da bir tamlıq təşkil edir: bu iki kriteriyanın birliyi sözü məntiqi qrammatik vahidə çevrilir. Sözün formal tərtibatı olmasa, onun məzmunu heç nə ifadə edə bilməz.
MƏQALƏNİ YÜKLƏ
[169.24 Kb] (yüklənib: 21)
Baxış:
834