Arxiv
2024 N.F. Sadıqova
Bakı Slavyan Universiteti
Bakı Slavyan Universiteti
MÜRƏKKƏB SÖZLƏRİN YARANMASI
Açar sözlər: Mürəkkəb sözlər, isim, sifət, say, zərf
Key words: Compound words, noun, adjective, numeral, adverb
Ключевые слова: сложные слова, существительное, прилагательною, числительное, наречие
Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Ulu Öndərin ―Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm‖ müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir [2,25].
Azərbaycan dilinin qrammatikasında mürəkkəb sözlər mühüm yer tutur. İki sözün birləşməsi ilə və yaxud defislə yazılan mürəkkəb sözlər müxtəlif nitq hissələrinin birləşməsi ilə də düzələ bilərlər. Qeyd etmək lazımdır ki, dilimizin tarix boyunca yad təsirlər nəticəsində alınma sözlər qəbul etməsi normal qarşılanmalıdır. Dilimizin leksikasında ərəb- fars mənşəli sözlərə tez-tez təsadüf edilir.Alınma sözlərə isimlərdə daha çox rast gəlirik [3,14].

MƏQALƏNİ YÜKLƏ
[166.29 Kb] (yüklənib: 71)
Baxış:
1 542