Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

İ.Qulusoy
Kafkas Universiteti (Türkiyə, Qars)


MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN KOMEDİYALARININ DİLİNDƏ İŞLƏNMİŞ
XƏBƏR BUDAQ CÜMLƏLİ TABELİ MÜRƏKKƏB CÜMLƏLƏRİN STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ


Açar sözlər: Mirzə Fətəli Axundzadə, Azərbaycan dili, XIX əsr, mürəkkəb tabeli cümlə
Key words: Mirza Fatali Akhundzada, Azerbaijani language, XIX century, predicative subordinate clauses
Ключевые слова: Мирза Фатали Ахундзаде, азербайджанский язык, XIX век, сложноподчиненные предложения

M.F.Axundzadə görkəmli dramaturq, nasir və realist ədəbiyyatın qüdrətli simalarından biri kimi Şərq xalqlarının milli intibahında, mədəni və mənəvi tərəqqisində böyük səy göstərmiş, özündən sonrakı nəsillər üçün zəngin ədəbi irs qoymuşdur. Böyük sənətkarın demokratik fikirləri, maarifçilik və tərəqqipərvərlik ideyalları bədii nəsr janrında yeni vüsət, yeni məna dərinliyi, yeni qüdrət, yeni təsir gücü, yeni siyasi kəskinlik kəsb etmişdir. (1, 169). M.F.Axundzadə öz pyesləri ilə milli ədəbiyyatımızın real gerçəkliklə əlaqəsini olduqca qüvvətləndirmiş, ona dövrün aktual ictimai-siyasi məsələləri və problemləri ilə bağlı olan yeni mündəricə, yeni ideyalar gətirmiş və ədəbiyyatımızda yeni bir ədəbi formanın mükəmməl təməl daşlarını qoymuşdur. (2, 15). T.Məmmədin qeyd etdiyi kimi, M.F.Axundzadənin komediyaları öz dili, mövzusu, ideyası, obrazları, əks etdirdiyi məişət baxımından milli hadisədir. (3, 130).


MƏQALƏNİ YÜKLƏ [382.08 Kb] (yüklənib: 28)
 


Baxış: 1 386
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az